Kanadada Ömər Eldarovun əsərlərinin fotoşəkillərindən ibarət sərgi açılıb - 27 Августа 2010 - ADRA
Şənbə, 10.12.2016, 10:53          
Вы вошли какГость | Группа "Qonaq"Приветствую ВасГость| RSSГлавная | Мой профиль | Регистрация | Выход | Вход
MENU

GİRİŞ

SƏS VERMƏ
Neçenci kurssan ?
Всего ответов: 123

STATİSTİKA
статистика
Onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Главная » 2010 » Avqust » 27 » Kanadada Ömər Eldarovun əsərlərinin fotoşəkillərindən ibarət sərgi açılıb
00:24
Kanadada Ömər Eldarovun əsərlərinin fotoşəkillərindən ibarət sərgi açılıb
  Sərgi Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunub
   
  
 Kanadanın Toronto və Niaqara şəhərlərində keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində məşhur heykəltəraş, akademik Ömər Eldarovun əsərlərinin fotoşəkillərindən ibarət sərgi açılıb.
   
   Sərgi Heydər Əliyev Fondu, Beynəlxalq Niaqara musiqi festivalı və Kanada Türk Dostluq Cəmiyyətinin dəstəyi ilə təşkil edilib.
   Torontoda "Ümumi sülh naminə mədəniyyətlərin dialoqu” beynəlxalq layihəsi çərçivəsində Ömər Eldarovun əsərlərinin fotoşəkillərindən təşkil edilmiş sərgi böyük maraqla qarşılanıb. Sərgidə türk dünyasının iki böyük lideri - Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, musiqi sənətimizin korifeyləri Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, habelə Füzulinin, Hüseyn Cavidin, Səttar Bəhlulzadənin heykəllərinin fotoşəkilləri nümayiş etdirilib.
   Sərginin təşkilatçılarına minnətdarlığını bildirən Ömər Eldarov vurğulayıb ki, burada əsərlərimin çox az, lakin yaradıcılıq bioqrafiyam üçün olduqca əhəmiyyətli hissəsi sərgilənir. Sərgidə Heydər Əliyevin, Atatürkün və bizim digər dahi həmvətənlərimizin obrazları var. Sərginin keçirilməsi Heydər Əliyev Fondunun dəstəyi ilə mümkün olub. Bu təşəbbüsə minnətdarlıq əlaməti olaraq sərgidə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, milli musiqimizin dünyada tanıdılmasında əvəzsiz xidmətləri olan Mehriban Əliyevanın da portreti yer alıb.
   Dünyanın bir çox görkəmli şəxsiyyətlərinin obrazlarını öz sənət əsərlərində əks etdirən Ömər Eldarov Toronto Beynəlxalq Mədəniyyətlərarası Dialoq İnstitutunun fəxri üzvü adına layiq görülüb.
   Kanadada Azərbaycan Mədəniyyəti Günləri avqustun 28-dək davam edəcək.
Просмотров: 778 | Добавил: Elvin | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Facebook


MƏNDƏ VARAM


TIKLA


MUSIC

TƏQVİM
«  Avqust 2010  »
B.ertÇ.axşÇ.C.axşC.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Elvin Qemerlinskiy proyekti © 2016Бесплатный конструктор сайтов - uCoz