Çərşənbə axşamı, 19.03.2024, 06:23          
Вы вошли какГость | Группа "Qonaq"Приветствую ВасГость| RSSГлавная | Мой профиль | Регистрация | Выход | Вход
MENU

GİRİŞ

SƏS VERMƏ
Neçenci kurssan ?
Всего ответов: 125

STATİSTİKA
статистика
Onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

PABLO PİKASSO

Tam adı Pablo Ruiz Pikasso
Doğum tarixi 25 oktyabr, 1881
Doğum yeri Malaqa, İspaniya
Ölüm tarixi 8 aprel, 1973
Ölüm yeri Müjen, Fransa




Pablo Ruiz Pikasso (isp. Pablo Ruiz Picasso; 25 oktyabr 1881, Malaqa, İspaniya – 8 aprel 1973, Müjen, Fransa), tam adı Pablo Dieqo Hose Fransisko de Paula Huan Nepomuseno Mariya de los Remedios Kipriano de la Santisima Trinidad Martir Patrisio Ruiz i Pikasso (isp. Pablo Diego José Francisco de Paula Juan Nepomuceno María de los Remedios Cipriano de la Santísima Trinidad Martyr Patricio Ruíz y Picasso) – ispan rəssamı, heykəltəraşı, qrafiki, keramisti və dizayneri. Jorj Brakla birlikdə üçsəthli cismin orijinal tərzdə bir yerdə yerləşdirlimiş səthlər sırası kimi təsvir edildiyi kubizm cərəyanının banisidir.

İlk əsərləri
Pikasso rəssamlığa çox erkən yaşlarında başlamışdır. İlk rəssamlıq dərslərini isə rəsm müəllimi olan atası Hose Ruisdən almış və tezliklə bu sənətə mükəmməl yiyələnmışdir. 8 yaşında ikən özünün ilk ciddi əsəri olan Pikadoranı yaradır və bunu bütün ömrü boyu özü ilə saxlayır. Pikasso 1894-1895-ci illərdə La-Korunyada incəsənət məktəbində təhsil alır. 1895-ci ildə Barselona incəsənət məktəbinə daxil olur. İlk əvvəl atasının adı - Ruiz Blasko adı ilə işləyir, lakin sonradan anasının soyadını - Pikassonu seçir. 1897-ci ilin sentyabr ayında Madridə yollanan Pikasso San-Fernand akademiyasına daxil olur.

Pikasso Barselonaya 1898-ci ilin iynunda dönür və burada "Els Quatre Gats" kafesində fəaliyyət göstərərn rəssamlar cəmiyyətinə üzv yazılır. Onun ilk rəsm sərgisi məhz bu kafedə nümayiş etdirilir. O, Barselonada yaxın dostları olan Karlos Kasagemas və Jaim Sabarteslə tanış olur.

"Mavi" və "Çəhrayı" dövrlər

1900-cü ildə Pikasso dostu Kasagemasla Parisə yollanır. Pablo Pikasso məhz burada impressionistlərin yaradıcılığı ilə tanış olur. Ömrünün bu illəri müxtəlif çətinliklərlə müşayiət olunur, dostu Kasagemasın intiharı isə gənc rəssamı dərindən sarsıdır. Məhz bu şəraitdə 1902-ci ilin əvvələrində sonralar "mavi dövr" adlandırılacaq üslubda əsərlər işləməyə başlayır. Pikasso bu üslubu 1903-1904-cü illərdə Barselonaya dönüşündən sonra işləyir. Bu dövrə aid əsələrində yoxsulluq, melanxoliyanın və kədərin xarakterik obrazları olan qocalıq və ölüm kimi mövzular açıq-aydın ifadə olunur, insanların hərəkətləri də çox yavaşıyıb ("Absent həvəskarı", 1901; "Görüş", 1902, "Gənc və Dilənçi qoca", 1903). Çünki, Pikassoya görə dərdli adam daha səmimi olur. Rəssamın palitrasında mavi çalarlar üstünlük təşkil edir. İnsan iztirablarını əks etdirən Pikasso bu dövr əsərlərində korlar, dilənçilər, əyyaşlar və fahişələri canlandırırdı. Onların bir qədər uzunsov bədənləri ispan rəssamı El Qrekonun əsərlərini xatırladırdı.


Məşhur "Şar üzərində qızcığaz" əsəri "mavi" və "çəhrayı" dövrlər arasındakı keçid mərhələsinə aiddir.

Pikasso 1904-cü ildə Parisdə məskunlaşır. "Çəhrayı dövr" adlandırılacaq yeni mərhələ açılır. Bu illərdə "mavi dövrün" qəm və kədəri teatr və sirkin daha canlı obrazları ilə əvəzlənir. Rəssam əsərlərində çəhrayı-qırmızımtıl və çəhrayı-bozumtul çalarlara üstünlük verir. Əsərlərin personajlarına gəldikdə bunlar bir qayda olaraq sərsəri komediantlar, rəqqaslar və akrobatlar idilər. Bu dövr əsərləri sərsəri komediantların romantikadan məhrum olan faciəvi tənha həyatlarını əks etdirirdi ("Akrobat ailəsi meymunla", 1905).

Kubizm
Rənglərlə eksperimentlərdən və əhval-ruhiyyənin ötürülməsindən formaların analizinə keçən Pikasso Sezanın birtərəfli interpretasiyası və Afrika heykəltaraşlığını yeni janra çevirir. 1907-ci ildə Jorj Brakla görüşən Pikasso naturalizm və incəsənətin təsviri-idrak funksiyasını inkar edən bəddi cərəyan olan kubizmin əsasını qoyur.

Pikasso formaların həndəsi bloklara çevrilməsinə xüsusi diqqət ayırır (Horta de Ebroda fabrik, 1909), həcmləri artırır və sındırır (Fernand Olivyenin porteri, 1909), onları müstəvi və səthlərə bölərək fəza boyu uzadır (Kanveylerin portreti, 1910). Pikassonun rəsmlərində perspektiv itir, palitra monoxromluğa meyl edir. Kubizmin ilkin məqsədi ənənəvi üsullardan fərqli olaraq məkan və kütlənin ağırlıq hissini ifadə etmək olsa da, Pikassonun rəsmləri tez-tez anlaşılmaz müəmmalara aparıb çıxarır. Reallıqla əlaqəyə qaytımaq üçün isə Pikasso və Brak əsərlərinə tipoqrafik şriftlər daxil edir, divar kağızı, qəzet parçaları, kibrit qutuları kimi elementlərdən istifadə edirlər. Onların əsərlərində bir qayda olaraq musiqi alətləri, tütün tənbəkisi və qutusu, notlar, araqla dolu şüşələr və bu kimi əsrin əvvələrində bohemaların həyat tərzinə xas olan atributlar üstünlük təşkil etməyə başlayır.

Kompozisiyalarda "kubistik kriptoqrafiya" – şifrələnmiş telefon nömrələri, evlər, sevgililərin adı, küçə adları yazılmış kağız parçaları, qəlyanaltılar meydana gəlir. Kollaj texnikası kubistik prizmaların kənarlarını daha böyük müstəvilərdə birləşdirir (Gitara və skipka, 1913) və ya çox rahat və yumoristik tərzdə tapıntını büruzə verir (Qızın portreti, 1914). "Sintetik" dövrdə təmkinli kompozisiyalarla koloritin harmonizasiyasına cəhd edilir. Pikassonun yaradıcılığında kubistik dövr onu Jorj Brakdan ayıracaq I Dünya müharibəsinin başlanmasından az sonra bitir. Lakin buna baxmayaraq Pikasso bir çox əsələrində bu üsluba yendən müraciət edir (Üç musiqiçi, 1921).
Facebook


MƏNDƏ VARAM


TIKLA


MUSIC

TƏQVİM
«  Mart 2024  »
B.ertÇ.axşÇ.C.axşC.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Elvin Qemerlinskiy proyekti © 2024Бесплатный конструктор сайтов - uCoz