Çərşənbə axşamı, 19.03.2024, 12:53          
Вы вошли какГость | Группа "Qonaq"Приветствую ВасГость| RSSГлавная | Мой профиль | Регистрация | Выход | Вход
MENU

GİRİŞ

SƏS VERMƏ
Neçenci kurssan ?
Всего ответов: 125

STATİSTİKA
статистика
Onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Piter Paul Rubens

ƏSƏRLƏRİNƏ BAX

Piter Paul Rubens 1577-ci ildə Ziqendə (Vestfaliyada-indiki Almaniya ərazisində) anadan olmuşdur. O, hüquqşunas Yan Rubensin yeddinci övladı idi. Uzun müddət Rubenslər ailəsi Antverpendə yaşamış 1568-ci ildə Köln şəhərinə köçmüşdür. Bu müddət ərzidə Yan protestantlığa meyl etməyə başlamışdı ki, bu da katolik cəmiyyətinin xoşuna gəlmirdi. Odur ki, Yan Rubens öz ailəsini ilə birlikdə sərhəddi keçib İspaniyaya getdi. Sonradan Yan öldükdən sonra həyat yoldaşı Mariya uşaqları ilə birlikdə Antverpeə qayıtdı. Lakin həmin vaxt Mariyanın cəmi üç uşağı-on üç yaşlı Filip və doqquzyaşlı Piter Paul və onların böyük bacıları Blandina qalmışdı, digərləri hələ uşaq ikən ölmüşdülər.

Belə görünür ki, Filip və Piter öz savadlı atalarındanibtidai latın dilində öyrənmişdi. Antverpendə onlar latın və yunan dilləri tədris olunan məktəbdə təhsil almışdılar. Qardaşlar maddi vəziyyətin ağırlığı ilə əlaqədar olaraq təhsillərini dayandılar və analarına kömək etməyə başladılar.Ailənin maddi vəziyyətinə təsir edən amillərdən biri atalarının olmaması və bacıları Blandinanın ərə getməsi ilə əlaqədar ona qalan vəsaitə cehiz alınması olmuşdur.

1591-ci ildən başlayaraq Rubens rəssamlıq sənətini öyrənməyə başladı. Bir müddət o Tobias Verxaxtın yanında; on dörd yaşında Adama Van Norta və eləcə də digər rəssamların yanında işləmişdir. 1598-ci ildə Piter Müqəddəs Luki rəssamlar Qildiyasına qoşuldu. Piterin ən sevimli müəllimi Van Ven olmuşdur. Van Ven öz savadı və geniş dünyagörüşü ilə digər rəssam dostlarından fərqlənirdi. Van Ven bir müddət İtaliyada yaşamışdır. Şübhəsiz ki, müəlliminin italiyan təsviri incəsənəti, antik incəsənət barədə söhbətləri gənc rəssamı bütün bunları öz gözləri ilə görməyə həvəsləndirirdi.

1600–cü il may ayında Piter Paul rəssamlar ölkəsi olan İtaliyaya yollandı. Piter onun gələcəyinə böyük təsi göstərən 7 il ərzində İtaliyada yaşadı. İtaliyada olduğu müddətdə Rubens italyan mədəniyyətini, incəsənətini dərindən mənimsədi. Şimali Avropada Rubens kimi İtalyan incəsənətini dərindən bilən ikinci bir rəssam çətin tapılar. Gənc rəssam bir müddət sonra antik incəsənət sahəsində ən güclü mütəxəssisə çevrildi.

İtaliyada Rubens Mantui hersoqu Vinçenzo Qonzaqonun dəvəti ilə xidmətə cəb olundu.Hersoq özünün bəzi şəxsi portretləri istisna olmaqla heç bir orijinal əsər sifariş etmədi.Hersoq öz şəxsi kolleksiyasını tamamlamaq üçün Rubensdən bəzi rəssamların məşhur əsərlərini çəkməyi sifariş edirdi.Hersoq Rubensə Florensiyada,Venesiyada işləmək imkanı yaratdı.

1603-cü ildə Vinçenzo Rubensi ispan kralı III Filipə hədiyyələr göndərən missiyanı tərkibinə daxil etdi. Ruben bunun vasitəsilə öz əsərlərini krala göndərirdi. 1601-1602 və 1605-1608 ci illər Rubens yaradıcılığı üçün çox əhəmiyyətli illər oldu. 1608-ci il oktyabrda Rubens anasının ağır xəstə olması barədə öyrənir və tələsik Antverpenə qayıdır. Lakin, Rubens Antverpenə qayıtdıqda anası artıq ölmüşdü.Rəssam öz sevimli ölkəsi olan İtaliyaya qayıda bilmədi. Antverpendə Rubensin rəssamlıq istedadına insanlar bələd idi. Tədricən o, Antverpendə ən məşhur rəssama çevrildi.

23 sentyabr 1609-cu ildə Rubens,Flandriya hersoqu Albertin sarayinda işləmək təklifi alır. 10 il sonra Rubens 17 yaşlı İzabella Brantla ailə həyatı qurur və Antverpendə böyük ev alıb Flandriyada məskunlaşır.

Rubens Flandriyaya ele vaxtda gəlmişdi ki,həmin dövrdə siyasətdə baş verən fasilələr milli incəsənətin inkisafina müsbət təsir göstərdi. 1609-cu ilə kimi və Cənubi Niderland (Hollandiya) və ispanların hakimiyyətindən azad olmuş Şimali Niderland arasında baş verən müharibələr 1609-cu ildə tərəflərin barışıq imzalaması ilə nəticələndi.Bundan sonra müharibə vaxtında zərər çəkmiş sahələrin bərpasına başlanılıdı. Başlıca olaraq kilsələrin bərpasına geniş yer ayrılmışdı.

Rubensin tələbələrinin sırasında tanınmış Van Deyk, Kvellinus, Sxup, Van-Huk, Dipevbek Vouters, Deqmont, Herard, Duffe, Frankoys, Van-Mol və digər tanınmış rəssamlar vardır. Rusiyada yerləşən məşhur Ermitaj muzeyi Rubensin rəsmləri ilə zəngindir. Bu muzeydə Aqrinin qovulması (1625-ci il); Çarmıxa çəkilmiş İsa (1613-1614-cü il); Venera və Adonis (1615-ci il); Romalı cəngavərin ovdan qayıdışı; İzabella Brant; Suzanna Fourman və qızlarının portretləri və digər bir birindən maraqlı əsərləri vardır.

İncəsənət tarixində Rubens təkcə flamand rəssamlıq məktəbininin görkəmli nümayəndəsi deyil həmçinin XVII əsr avropa rəssamlıq məktəbinin çox görkəmli nümayəndəsi hesab olunur.

Yaradıcılığının ilkin illərində Rubens müxtəlif italyan rəssamlarından öyrəndiklərini ümumiləşdirərək öz yaradıcılığının sonrakı illərində həmin üsul və keyfiyyətlərdən istifadə etmişdir.

Rubensin həyatında, onun yaradıcılığında mühüm təcrübə əldə etməsində, həmçinin (Salamon de Bross tərəfindən inşa olunmuş) Lüksenburq sarayında Fransa kraliçası Mariya Mediçinin təşəbbüsü ilə işlədiyi illərdir. Mediçi Rubensə təkilif edir ki, sarayı kraliçanın həyat tərzini əks etdirən,onun keçmişini özündə birləşdirən rəsm və müxtəlif epizdolarla bəzəsin. Rubensin işi bu baxımdan çox çətin idi. Belə ki, Mariya Mediçi çox gözəl qadın idi və onun həyatı çox parlaq və yadda qalan hadisələrlə dolu idi. Rubens bu işin öhdəsindən məharətlə gəlib Lüksenburq sarayını fransız təbii sənət məktəbinin ənənələrini unutmamaq şərti ilə bəzəyir.

1623-cü ildə Piter Paul Rubensin yeganə qızı olan on iki yaşlı Klara Serena ölür. 1626-cı ilin yayında isə 17 illik xoşbəxt ailə həyatından sonra Rubensin həyat yoldaşı İzabella Rubens ölür. Onun ölümünün səbəbi məlum deyildi, lakin güman edilir ki, İzabella həmin dövrdə Antverperndə vüsət almış vəba xəstəliyindən dünyasını dəyişmişdir.

Növbəti onillik ərzində Rubens, bərpa işlərində aktiv iştrak edir, kilsə rəsmləri çəkirdi. Rubens bir çox yerlərdən müxtəlif təkliflər alırdı. Beləliklə 1622-1625-ci illərdə o, Mariya Madeçinin (fransız kralı XIII Lyudovikin anası) bütün həyatını əks etdirən və Parisdəki sarayını bəzəyən əsərlər yaradır. Bu işlə əlaqədar Rubens üç dəfə Fransaya səfər edir

Bütün bu ürəksarsıdıcı hadisələrdən sonra Rubens diplomatik fəaliyyətə başlayır. 1621-ci ildə əri öldükdən sonra hersoqinya İzabel Fladriyanı təkbaşına idarə edirdi.Rubens İzabelin təklifi ilə Flandriyanın konsulu vəzifəsini icra edir.İşi ilə əlaqədar olaraq Rubens bir sıra ölkələrə səfər edirdi.O, 1629-30-cu illərdə Londona səfər edərkən İngiltərə ilə İspaniya arasında münassibətlərin bərpası istiqamətində çox mühüm işlər görür. İncəsənətə böyük məhəbbəti olan İgiltərə kralı I Karl ilə ümumi dil tapmaq Rubens üçün asan olur. 1630-cu ildə I Karl Rubensə "Cəngavər” titulu verir. Həmin il Rubensə Kembric universitetinin diplomu verilir.

Rubens yazır : "Mən əsil Labirintin içinə düşmüşəm, bütün günüm səhər və axşam dövlətin qayğıları ilə əhatə olunub". Karl ilə gizli danışıqlar aparır eyni zamanda onun portretini çəkir. IV Filip Rubensi gizli məsləhətçisi elan edir.

Bu illərdə Ruben özünün məşhur əsəri olav "Merkuri və Arqus" əsərini yaradır. ”Merkuri və Arqus” əsəri qədim əfsanəyə əsaslanır .Əfsanəyə görə Yunona Yonu inəyə çevirir. Və ona nəzarət etmək üçün Arqusu təyin edir .Merkuri isə Arqusu öldürərək Yonu azad edir. Rubens öz dövrünün ən savadlı şəxsiyyətlərindən biri olub.O, antik ədəbiyyatı çox sevir,bir çox müasir və qədim dillərdə sərbəst danışa bilirdi.Flandriya höküməti Rubensin yüksək savada və istedada malik olduğu üçün diplomatik görüşlərə çox vaxt onu göndərirdilər.Lakin Rubens həmişə özünün sənətinin rəssamlıq olduğunu həmişə qeyd edirdi.Rubensin kolleksiyasında çoxlu tarixi əsərləri,tarixi şəxsiyyətlərin portretləri vardır.Bu tarixi əsərlərə Marin Mediçinin həyatını əhatə edən 21 əsər daxildir.Bura daxil olan əsərlər içərisində "Marin Mediçinin tacqoyma mərasimi” öz gözəlliyi ilə seçilir.Əsərdə Marin Madiçinin siması,paltarı,hətta qot üslubu ilə tikilmiş sarayın elementləri də dəqiqliklə işlənmişdir.

Rubens Flamand təsviri sənətinə yeni janr ov səhnələrinini gətirdi.Bu səhnələrə "Pələng ovu” , "Timsah ovu" və sair əsərlər daxildir. Rəssamın yaradıcılığında mühüm yeri onun portretləri tutur.Onun ikinci həyat yoldaşı Elena Fourmenin, 1618-ci ildə çəkdiyi "Karlın qızı” əsərləri də bu siyahıya daxildir.

Rubensin daha bir məşhur əsəri həyat yoldaşı İzabelin portreti olmuşdur.

1630-1635-ci illər istər Rubensin yaradıcılığında,istərsə də onun şəxsi həyatında ən gözəl dövr hesab olunur. Ailəsində olan itkiləri,yeni həyat yoldaşı qismən unutdurmuşdu. Cəmiyyətdə, insanlar arasında böyük nüfuz sahibi olan Rubens ömrünün son illərində yaradıcılığını Antverpendə şəhərdən kənarda yerləşən evində davam edirdi.Tədricən rəssamın səhhətində yaranan problemlər yaranır.Revmatizm ağrıları Ruben üçün dözülməz həddə çatmışdı.

27 may 1640-cı ildə Rubens öz vəsiyyətnaməsini yazır. 28-29 may günləri Rubensiv ağrıları daha da şiddətlənir. Hamilə olan həyat yoldaşı onun bu vəziyyətində heç bir kömək göstərə bilmir. 30 may 1640-cı ildə səhər saatlarında dahi rəssam dünyasını dəyişir.Mənbələrdə qeyd olunurki, rəssam 2 iyun 1640-cı ildə böyük təntənə ilə basdırılır.

Dahi rəssam öz əsərlərində insanı sanki rənglər dünyasına aparır. O, əsərlərində insan həyatının gözəlliklərini dəqiqlik və ustalıqla əks etdirir. Biz onun əsərlərinin qəhrəmanlarında gözəllik, həyatsevərlik hissivi dərk edirik. Bütün bunlar rəssamın həyat tərzi, xarakteri və yüksək professionallığı ilə əlaqədardır. Rubensin əsərlərində olan bir neçə rəng elə ifadə olunur ki, sanki qarşımızda olan tablo bir neçə rəngdən ibarət olan əsər deyil, bütöv rənglərin simfoniyasından ibarət canlı bir səhnədir.

Facebook


MƏNDƏ VARAM


TIKLA


MUSIC

TƏQVİM
«  Mart 2024  »
B.ertÇ.axşÇ.C.axşC.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Elvin Qemerlinskiy proyekti © 2024Бесплатный конструктор сайтов - uCoz