Çərşənbə axşamı, 19.03.2024, 15:28          
Вы вошли какГость | Группа "Qonaq"Приветствую ВасГость| RSSГлавная | Мой профиль | Регистрация | Выход | Вход
MENU

GİRİŞ

SƏS VERMƏ
Neçenci kurssan ?
Всего ответов: 125

STATİSTİKA
статистика
Onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Telman Cəfərovun yaradıcılıq yolu 1960 – cı illərin sonu 1970 – ci illərin əvvəlindən başlayır. Telman Cəfərov "aralıq” yaş qrupuna aiddir: "sərt uslubun” idealları artıq öz işini bitirmiş, gələcək "yetmişincilərin” yaradıcılıq proqramı isə hələ rüşeym halındadır. Sənətkar 1960-ci illərin sonunda, artıq yetkin yaşında institutu bitirmişdir. Bəlkə də bu amil onun yaradıcılıq manerasının formalaşmasında öz rolunu oynamışdır. Yolayrıcında olan sənətkar özündə nə isə pozitiv və onun özünün nöqteyi – nəzərincə maraq kəsb edən istənilən bədii prinsiplərə açıq idi. Tamamilə fərdi şəkildə və heç bir qəbul edilmiş qaydalara fikir vermədən o, yalnız özünün daxili seçiminə və yaradıcılıq inersiyasına arxalanırdı. Bununda bərabər, təbii və tam rahat şəkildə keçdiyi "məktəbin” çərçivəsində qala bilirdi.
Sıx şəkildə qurulmuş kompozisiyalar, dolğun rəng formaların fəal plastik düzümü, relyefli parlaq faktura - bütün bunlar eyni dərəcədə bir çox azərbaycanlı rəssamlaq üçün seçiyyəvidir. Telman Cəfərov onlardan prinsipial olaraq bir cəhətlə, fərqlənirdi: əsərlərinin aşkar dramatik ovqatı ilə. Bu dərəcədə kəskin ifadə tərzi, obrazların çılpaq tragizmi indi də bizi təəcübləndirir. Onun karyerasına çoxları qibtə edə bilərdi. Telman Cəfərov on ildən artıq Uşaq İncəsənət məktəbinə, sonra isə ömrünün sonunadək Gəncə rəssamlıq qalereyasına rəhbərlik etmişdir. Eyni zamanda, bütün bu illər ərzində Gəncə Pedaqoji İnstitutunda dərs demişdir.
O, olduqca mehriban, istiqanlı və nikbin adam idi, hər bir kəsi özünə vurğun edə bilirdi. Onun vaxtsız ölümü əksəriyyəti yazıçı və şair olan dostlarını sarsıtdı. Doğma şəhərində Telman Cəfərov təkcə rəssam kimi tanınmırdı. Özündən əvvəlki rəssamlara həsr olunan tarixi - analitik məqalələri ilə mütəmadi çıxış edirdi. Rübai və bayatı formasında şerlər yazırdı. Bunları yerli qazetlər böyük həvəslə dərc edirdilər. Dərin savada malik bu insan Nizami və Mirzə Şəfi Vazeh poeziyasının böyük bilicisi idi. Telman Cəfərovun qrafik işlərinin böyük qismi bu dahi Azərbaycan şairlərinin yaradıcılığına həsr olunmuşdur.
Telman Cəfərov üsyankar deyildi. O, müəllimlərinə sədaqətli şagird idi. Lakin ənənəvi təsviri sənət sistemində o, maksimum ifadəliliyə can ataraq özünün rəngkarlıq əsərlərini "səsləndirə” bilirdi. Həyatda, ətrafında görmək istədiyi harmoniya və gözəllik, sevgi və mərhəmət onun sənət dünyasında yanaşı yaşayır. Qüsursuz intuisiyaya malik gözəl kolorist və estet olan sənətkar gündəlik həyatın sadə və kobud sözlərindən qaçmırdı. Onun çoxsaylı natürmortları və məhkum heyvan obrazları sanki "ağrıdan” qışqırırlar. Sağlığında Telman Cəfərovun xeyli sərgisi olmuşdur. Onun işlərinə çox adam tamaşa etmişdir. Lakin stereotipləri və şablon təfəkkürün hökm sürdüyü həmin dövrdə çətin ki kimsə onun həyat və yaradıcılığındakı dramatizmi sona qədər anaya bilərdi. Ömrünün sonunadək Gəncədə, respublikanın mədəni həyatının mərkəzindən kənarda yaşayan Telman Cəfərov heç vaxt əyalət adamı olmamışdır. Onun güclü, parlaq və faciəvi sənəti bugün də öz keyfiyyətini itirməmişdir. Sənətkar bugün də gündəmdədir, çünki ömrü boyu tapındığı və öz əsərlərində təsbit etdiyi dəyərlər zamanın hökmündən kənardadır.
Facebook


MƏNDƏ VARAM


TIKLA


MUSIC

TƏQVİM
«  Mart 2024  »
B.ertÇ.axşÇ.C.axşC.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Elvin Qemerlinskiy proyekti © 2024Бесплатный конструктор сайтов - uCoz