ADRA - Ömər Eldarov
Bazar, 22.01.2017, 20:19          
Вы вошли какГость | Группа "Qonaq"Приветствую ВасГость| RSSГлавная | Мой профиль | Регистрация | Выход | Вход
MENU

GİRİŞ

SƏS VERMƏ
Neçenci kurssan ?
Всего ответов: 123

STATİSTİKA
статистика
Onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0


Ömər Eldarov

Ömər Eldarov.JPG
     Doğum tarixi 1927
Doğum yeri Dərbənd, Dağıstan, Rusiya

Ömər Eldarov - Azərbaycanın xalq rəssamı, Milli Elmlər Akademiyasının həqiqi üzvü, heykəltəraş, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru.

Ömər Eldarov 1927-ci ildə Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olub. Azərbaycan Rəssamlıq Məktəbinin heykəltəraşlıq bölməsini qurtardıqdan sonra Ömər Eldarov peşə biliyini artırmaq məqsədilə Leninqraddakı İ. Repin adına rəngkarlıq, heykəltəraşlıq və memarlıq institutunun heykəltəraşlıq fakültəsində təhsilini davam etdirib. 1946-cı ildən etibarən Ömər Eldarov mütəmadi olaraq müxtəlif respublika, regional və beynəlxalq sərgi və müsabiqələrin iştirakçısı olub. Sənətkarın yaratdığı heykəllər dünyanın bir çox muzeylərində layiqli yer tutmaqdadır. Bu cür əsərlər sırasında şairə Natəvanın, şair Məhəmməd Füzulinin, şair-dramaturq Hüseyn Cavidin, Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə Əliyevanın, professor İhsan Doğramacının heykəlləri, prezident Heydər Əliyevin, bəstəkar Üzeyir Hacıbəyovun, rəssam Səttar Bəhlulzadənin, yazıçı Süleyman Rəhimovun, akademik Ziya Bünyadovun və başqalarının qəbirüstü abidələrini göstərmək olar. Eyni zamanda sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərin müəllifidir.

Yaradıcılıqla yanaşı, Ömər Eldarov həm də Azərbaycanın ictimai və mədəni həyatının fəal iştirakçısıdır. 1958-1968-ci illərdə o Rəssamlar İttifaqının Katibliyinə üzv seçilib. 1970-ci ildə isə o, SSRİ Rəssamlıq Akademiyasının heykəltəraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri təyin edilib. Bu illər ərzində məşhur heykəltəraş tərəfindən bir neçə nəsil istedadlı peşəkar rəssam yetişdirilib. Ömər Eldarov 1969-1973-cü illərdə Bakı Sovetinin deputatı seçilib və burada mədəni-maarif işi üzrə komissiyanın rəhbəri vəzifəsində çalışıb. 1995-ci ildə isə Ömər Eldarov müstəqil Azərbaycanın ali qanunvericilik orqanı olan Milli Məclisə deputat seçilib. Azərbaycan Rəssamlıq Akademiyasının rektorudur.

Məşhur mədəniyyət və incəsənət xadimi, heykəltəraş Ömər Eldarovun yaradıcılığı və ictimai fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. O, müstəqil Azərbaycanın ali dövlət mükafatı olan "İstiqlal" ordeni ilə təltif edilib.


Əsərləri

Bu cür əsərlər sırasında şairə Natəvanın (1960 il, Bakı), mütəfəkkir şair Məhəmməd Füzulinin (1963 il, Bakı), dramaturq Hüseyn Cavidin (1993 il, Bakı), Azərbaycanın görkəmli siyasi xadimi Heydər Əliyevin (1987 il, Naxçıvan) , Sapun dağı hücumu iştirakçıları olmuş 72 –ci diviziyanın əsgərləri "Azərbycanın qorxmaz oğul və qizlarına” həsr olunmuş memorial (1974 il, Sevastopol), Sədrəddin Ayninin (1979 il, Düşənbə), İbn Simanın (1980, Düşənbə), professor İxsan Doğramacının (2001 il, Anqara), Heydər Əliyevin (2001 il, Qars) heykəlləri , bəstəkar Üzeyir Həcibəyovun (1955 il, Bakı), rəssam Səttar Bəhlulzadənin (1974 il, Bakı), bəstəkar və caz musiqiçisi Vagiq Mustafazadənin (1984 il, Bakı), dirijor Niyazinin (1989 il, Bakı), yazıçı Süleyman Rəhimovun (1991 il, Bakı), bəstəkar Fikrət Əmirovun (1988 il, Bakı), şərqşünas-tarixçı, akademik Ziya Bunyadovun (2000 il, Bakı), akademik Həsən Əliyevin (1988 il, Bakı) xatirə abidələri "Elegiya” abidəsi (1989 il), akademik Zərifə Əliyevanın (1995 il , Bakı) və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin (2004 il, Bakı) qəbirüstü abidələri vardır. Eyni zamanda sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərin müəllifidir. Bu qabildən olan "Qızım Lalənin portreti”, "Oğlum Müslümun portreti”, "Analıq” , "İlin dörd fəslı”, "Bacılar” əsərləri şair Nəsiri Xosrovun və yazıçı Rabindranat Taqorun heykəl portretləri müxtəlif vaxtlarda nüfuzlu respublika və beynəlxalq sərgilərdə uğurla nümayini etdirilmişdir.
 
Füzuli abidəsi
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının önündə ucaldılmış "Füzuli" abidəsi (1962, Bakı) SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü Ömər Eldarov və SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü Tokay Məmmədovun birgə yaratdıqları kamil, plastik sənət əsərlərindəndir.
 
Xurşidbanu Natəvanın heykəli

Azərbaycanın görkəmli şairə-qadını Xurşidbanu Natəvanın Bakı şəhərindəki heykəli.
Ömər Eldarov un yaradıcılığına bələd olanlar razılaşarlar ki, onun əsərlərində gərgin, dramatik vəziyyətlərə təsadüf etmək çətindir. O, daha çox lirik, poetik mövzulara meyl göstərir. Bu baxımdan heykəltəraş şairə "Xurşidbanu Natəvan" (1961) heykəlini yaradıb. Bu əsərdə sənətkarın əvvəlki əsərlərinin heç birinə bənzəməyən oryinallığı və məna çalarlığı ilə seçilən cəhətlər çoxdur. Heykəltəraş çətin bir işin öhdəsindən gələrək, müsəlman qadınlarına xas olan xüsusiyyətləri gözəl, lirik şairə obrazında birləşdirərək təsvir etməyi bacarıb. Bu gün biz Bakının izdihamlı yerlərindən birində ucaldılan "Natəvan" abidəsinə diqqətlə baxanda tamam başqa bir aləmlə rastlaşırıq. Şairə Natəvanın obrazında incəlik, nəcibliklə bərabər Azərbaycanın mübariz qadınlarına xas olan ən ali duyğuları görmək, mənalı baxışında bir mütəfəkkirin işıqlı nəzərlərini hiss etmək mümkündür. Onun hər bir cizgisi paltarının qırışlarından tutmuş kəlağayısınadək, əlindəki qələmdən barmaqlarının vəziyyətinə qədər - hər şey onu yaradıcı bir obraz, nəcib insan, milli xüsusiyyətlərə malik bir qadın kimi gözlərimiz önündə canlandırır. Hiss edirsən ki, şairə fikir dəryasındadır. O, bu saat nə isə yazacaq, qəlbinin duyğularını kağıza köçürəcəkdir. İki küçənin kəsişmə nöqtəsində yerləşən heykəlin sağ və solunda klassik memarlıq binaları və 50-ci illərin tipik eklektik fasadları yerləşir. Azərbaycan kinoteatrı abidə üçün fon rolunu oynayır. Kinoteatrın fasadının oyuq şəkilində həll olunması heykəlin dairəvi kürsülüyü ilə uyarlıq təşkil edir. Adama elə gəlir ki, əsər bu ölçülərdən bir qədər kənara çıxsaydı, bəlkə də indiki effekti verə bilməzdi. Heykəltəraş və memar E. İsmayılov və F.Leonteva heykəli düzgün həll edərək Natəvanın təntənəli paltarının qatlarına sanki bir dairəvi hərəkətlik verməklə fiquru dairəvi qranit kürsülük üzərində yerləşdiriblər. Qranit kürsülük milli ornamentlərlə bəzədilib. Abidə bütövlükdə mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib və heykəltəraşlıq sənətimizin Qızıl Fonduna daxil edilib.
 

Vyanada Üzeyir Hacıbəyovun abidəsi

 
 
30 May 2006-cı il tarixdə Avstriyanın paytaxtı Vyanada Donauparkda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun abidəsinin açılış mərasimi olmuşdur.
Vyanada Üzeyir Hacıbəyovun abidəsi
Mərasimdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti, Avstriyanın dövlət və hökumət rəsmiləri, parlamentin üzvləri, Vyana ictimaiyyətinin nümayəndələri, Azərbaycan səfirliyinin əməkdaşları, Avstriya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, sənət adamları, elm və mədəniyyət xadimləri, Avstriyada yaşayan, işləyən və təhsil alan soydaşlarımız iştirak etmişlər.
Üzeyir Hacıbəyov Azərbaycan bəstəkarı və dramaturqu, Şərqin musiqili teatrının və konservatoriyasının banisi olmuşdur və həmçinin müsəlman Şərqində operanın əsasını qoymuşdur. Azərbaycanın Avstriyadakı səfirliyinin təşəbbüsü ilə bu abidə ona ehtiram olaraq, 30 may 2006-cı ildə ucaldılmışdır. Abidənin müəllifi heykəltəraş Ömər Eldarov dur.
 
İhsan Doğramacı abidəsi

Bilkənd Universiteti "İhsan Doğramacı" abidəsi (2002, Ankara) SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü Ömər Eldarovun yaratdıqı kamil, plastik sənət əsərlərindəndir.
Heydər Əliyevin tapşırığı ilə memar Ömər Eldarov İhsan Doğramacının heykəlini hazırlamış və 2002-ci ilin iyun ayında Bilkənt Universitetində abidənin açılışı olmuşdur.

Üzeyir Hacıbəyovun qəbirüstü abidəsi
 

Üzeyir Hacıbəyovun qəbirüstü abidəsi (Tunc, qranit 1956). SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü Ömər Eldarovun yaratdığı kamil, plastik sənət əsəridir.
Facebook


MƏNDƏ VARAM


TIKLA


MUSIC

TƏQVİM
«  Yanvar 2017  »
B.ertÇ.axşÇ.C.axşC.Ş.B.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Elvin Qemerlinskiy proyekti © 2017Бесплатный конструктор сайтов - uCoz