Çərşənbə axşamı, 19.03.2024, 06:17          
Вы вошли какГость | Группа "Qonaq"Приветствую ВасГость| RSSГлавная | Мой профиль | Регистрация | Выход | Вход
MENU

GİRİŞ

SƏS VERMƏ
Neçenci kurssan ?
Всего ответов: 125

STATİSTİKA
статистика
Onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

ƏZİM ƏZİMZADƏ
Tam adı Əzim Aslan oğlu Əzimzadə
Doğum tarixi 1880
Doğum yeri Novxanı
Ölüm tarixi 15 may 1943
Ölüm yeri Bakı

Əzim Aslan oğlu Əzimzadə(1880-1943) - azərbaycanlı rəssam, Azərbaycanın xalq rəssamı, (1927), Azərbaycanda satirik rəssamlığın təməlini qoymuşdur.
 
HƏYATI
Əzim Aslan oğlu Əzimzadə 1880-ci ilin aprel ayında Novxanı kəndində anadan olub. Atasının etirazına baxmayaraq, ibtidai təhsilini rus-tatar məktəbində alıb. Azərbaycanın xalq rəssamı olan Əzim Əzimzadə xüsusi rəssamlıq təhsili almamışdır. Yaradıcılığı əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür məktəbindən və rus rəssamlıq məktəbindən daha çox bəhrələnmişdir. Rəssamlığa isə əsasən məşhur "Molla Nəsrəddin" jurnalından başlayıb.
1906-cı ildən "Molla Nəsrəddin", "Baraban", "Zənbur", "Tuti", "Kəlniyyət" və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını
qoymuşdur. 1932-ci ildə o, indinin özünə qədər də fəaliyyət göstərən rəssamlıq məktəbini açır və ona rəhbərlik edir.
Əzimzadənin əsərlərinin əsas mövzusu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin mənfi ünsürləri - xəsis tacirlər, fırıldaqçı din xadimləri, şarlatanlar onun satirik qələminin hədəfində olurdular.
Yaradıcılığında obrazlılıq yığcamlıq olmaqla o, mənfi surətləri gah kəsərli yumor, gah yumşaq kinayə ilə kəskin satira atəşinə tuturdu. Çəkdiyi "İt boğuşdurma", "Kişi arvadını döyür", "Varlı evində toy", "Su üstündə dava", "Köhnə bakılılar" kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus tiplərin iç üzünü açaraq qadın hüquqsuzluğu ədalətsizliyə qarşı çıxış edir. O, dövrdə cəmiyyətdəki sosial ədalətsizlikləri daha qabarıq əks etdirən "Köhnə Bakı tipləri" və "100 tip" əsəri xüsusilə təqdirəlayiqdir.
Ə. Əzimzadə satirik şair M. Ə. Sabirin "Hophopnamə"sinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası sənətinin əsasını qoymuşdur. Onun teatrlara çəkdiyi geyim eskizləri və dekorasiyalar Azərbaycan
rəssamlığının bu sahədəki inkişafına xüsusi təsiri olmuşdur. Əsərləri dünyanın bir sıra başqa muzeylərində nümayiş etdirilmişdir. 1940-cı ildən isə fərdi sərgiləri nümayiş etdirilmişdir. Bakıda keçirilən birinci sərgidə rəssamın 1200-dən çox əsəri nümayiş etdirilmişdir. 1920-43-cü illərdə Ə. Əzimzadə Azərbaycan rəssamlıq texnikumunda müəllim, 1932-37-ci illərdə isə direktor olmuşdur.
Əzim Aslan oğlu Əzimzadə 1943-cü il 15 mayda Bakıda vəfat etmişdir.
Bakı Rəssamlıq Texnikumu, Bakı küçələrindən biri onun adı ilə adlanır. Yaşadığı evdə rəssamın ev muzeyi açılmış, evin yaxınlılığındakı bağda büstü qoyulmuşdur.
Facebook


MƏNDƏ VARAM


TIKLA


MUSIC

TƏQVİM
«  Mart 2024  »
B.ertÇ.axşÇ.C.axşC.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Elvin Qemerlinskiy proyekti © 2024Бесплатный конструктор сайтов - uCoz