Çərşənbə axşamı, 19.03.2024, 11:44          
Вы вошли какГость | Группа "Qonaq"Приветствую ВасГость| RSSГлавная | Мой профиль | Регистрация | Выход | Вход
MENU

GİRİŞ

SƏS VERMƏ
Neçenci kurssan ?
Всего ответов: 125

STATİSTİKA
статистика
Onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

SALVADOR DALİ
Salvador Dali (1965)
Tam adı Salvador Domingo Felipe Jacinto Dalí i Domènech
Doğum tarixi 11 may 1904
Doğum yeri Fiqeras, İspaniya
Ölüm tarixi 23 yanvar 1989
Ölüm yeri Fiqeras, İspaniya

Salvador Dali (isp. Salvador Domingo Felipe Jacinto Dalí i Domènech; 11 may 1904 - 23 yanvar 1989) - məşhur ispan rəssamı, heykəltəraşı, filosofu və rejissoru, təsviri incəsənətdə sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biri.
Həyatı
Salvador Dali 11 may 1904-cü ildə İspaniyanın şimalındakı Jerona əyalətinin Fiqeras şəhərində doğulub. Təsviri incəsənətə marağı uşaq yaşlarında bələdiyyə incəsənət məktəbində oxuyarkən yaranmışdır. 1914-1918-ci illərdə maristlər ordeninə məxsus məktəbdə tərbiyə almışdır. 1916-cı ildə yay tətilini Aralıq dənizi sahilində yerləşən Kadakes şəhərində keçirir. Burada o, ilk dəfə modernist incəsənətlə tanış olur və çox sevdiyi bu şəhər onun gələcək yaradıcılığında xüsusi yer tutur. 1919-cu ildə Dalinin ilk şəxsi sərgisi təşkil olunur.
1921-ci ildə atası onu Madridə San-Fernando İncəsənət Akademiyasına oxumağa göndərir. Burada Dali Luis Bunyuel, Federiko Qarsia Lorka, Pedro Qrafias və ispan incəsənətinin digər nümayəndələri ilə tanış olur. Bu dövrdə Dali kubizm və dadaizm cərəyanlarına meyl göstərir.
1926-cı ildə müəllimlərə qarşı saymazyana münasibətə görə o, İncəsənət Akademiyasından xaric olunur. Elə həmin il Parisdə Pikasso ilə tanış olur. 20-ci illərin sonlarında öz stilini tapmaq üçün Pikasso və Huan Mironun təsiri altında bir sıra əsərlər yaradır.
1928-ci ildə Luis Bunyuelin çəkdiyi "Əndəluz köpəyi" ("Un chien andalou") filminin ssenarisini yazır. Təxminən həmin dövrdə öz gələcək həyat yoldaşı və həmin dövrdə fransız şairi Pol Elüarın xanımı olan Qala ilə tanış olur.
1929-cu ildə o, Andre Breton tərəfindən təşkil olunmuş sürrealistlər dəstəsinə qoşulur.
1934-cü ildə Dali Qala ilə qeyri-rəsmi nigah bağlayır (yalnız 1958-ci ildə onlar rəsmi nigaha daxil olurlar). Elə həmin il Dali ABŞ-a ilk dəfə səfər edir.
1936-cı ildə Fransisko Frankonun başlatdığı və tezliklə İspaniya vətəndaş müharibəsinə çevrilən hərbi münaqişə Salvador Dali ilə onun əsasən solçu düşüncələrə malik olan sürrealist yoldaşları arasında fikir ayrılığına səbəb olur. Dali bu dəstədən xaric edilir, buna cavab olaraq o, "sürrealizm mənəm" fikrini söyləyir.
1940-cı ildə Dali həyat yoldaşı Qala ilə birlikdə ABŞ-a köçür və 1948-ci ilədək orada yaşayır. 1942-ci ildə o, "Salvador Dalinin gizli həyatı" adlı avtobioqrafik əsərini nəşr etdirir.
1949-cu ildən Dali çox sevdiyi Kataloniyada məskunlaşır. Onun Franko rejimi dövründə İspaniyada yaşamaq qərarına gəlməsi bir çoxları tərəfindən tənqidə məruz qalmışdı.
1981-ci ildən Dalidə Parkinson xəstəliyinin əlamətləri özünü göstərməyə başlayır. 10 iyun 1982-ci ildə Qala vəfat edir. Bu Daliyə çox ağır təsir göstərir və onun həyata bağlılığını azaldır. Həmin dövrdə Dali Fiqerasdan köçərək Qala üçün aldığı Pubol qəsrində yaşamağa başlayır. 1984-cü ildə onun yataq otağında müəmmalı şəkildə yanğın baş verir. Bəziləri bunu Dalinin intihar cəhdi kimi qiymətləndirirlər. Lakin xidmətçiləri onu xilas edə bilirlər.
Bundan sonra o, yenidən Fiqerasa qayıdır və ömrünün qalan hissəsini öz adını daşıyan teatr-muzeydə yaşayır. 1988-ci ilin noyabrında Dali infarkt keçirir və xəstəxanaya yerləşdirilir. Dekabrın 5-də Kral Huan Karlos onu ziyarət edir. Salvador Dali 23 yanvar 1989-cu ildə öz teatr-muzeyində çox sevdiyi "Tristan və İzolda" operasını (Rixard Vaqner) dinləyərkən ürək çatışmazlığından vəfat etmişdir.
 
Facebook


MƏNDƏ VARAM


TIKLA


MUSIC

TƏQVİM
«  Mart 2024  »
B.ertÇ.axşÇ.C.axşC.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Elvin Qemerlinskiy proyekti © 2024Бесплатный конструктор сайтов - uCoz