Çərşənbə axşamı, 19.03.2024, 15:56          
Вы вошли какГость | Группа "Qonaq"Приветствую ВасГость| RSSГлавная | Мой профиль | Регистрация | Выход | Вход
MENU

GİRİŞ

SƏS VERMƏ
Neçenci kurssan ?
Всего ответов: 125

STATİSTİKA
статистика
Onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Elçin Hami Axundov
Rejissor. Ssenari müəllifi. Kino rəssamı. Rəssam assistenti. Fazaçı rəssam. Fon Rəssamı. Filmlərdə iştirak edən.

Həyatı
Elçin Hami Axundov Əbdul oğlu 7 fevral 1948-ci ildə Bakıda anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1968), Lvov Poliqrafiya İnstitutunda (1978) təhsil alıb. 1966-cı ildən quruluşçu rəssam, animator rəssam, quruluşçu rejissor kimi kino sahəsində çalışır. Kiçik yaşlı uşaqlar üçün "Sənin ilk kitabın” silsiləsindən olan "Qarış-qarış öyrən və çalış”, "Ekoloji əlifba”, "Əlifba 1” və "Əlifba 2”, hətta Üzeyir Hacıbəyovun 90 illiyinə həsr olunmuş kitabın tərtibatını verib. 1994-cü ildən "Azanfilm” animasiya filmləri studiyasının bədii rəhbəri, 2000-ci ildən direktorudur. Əməkdar mədəniyyət işçisi (2000), "Qızıl çıraq” və "Naməlum kino” festivallarının qalibidir.
 
Filmoqrafiya
Arzularını Çəkən Rəssam (2007)
Aslan və İki Öküz (1970)
Ayı və Siçan (1970)
Beşilliyin Addımları (1983)
Bulud Niyə Ağlayır? (1973)
Cavanşir (2002)
Cırtdan (1969)
Cırtdan və Div (1983)
Cırtdan-"Pəhləvan" (1981)
Cücələrim (1980)
Daş (1977)
Dəniz Səyahəti (1992)
Dınqıl, Sazım, Dınqıl (1976)
Əndazədən Çıxanlar (1988)
Fitnə (1970)
Güzgü (1990)(I)
Humayın Yuxusu (1985)
Kirpi Balası və Alma (1977)
Qız, Oğlan və Şir (1974)
Lovğa Fil Balası (1987)
Meşəyə İnsan Gəlir (1980)
Pəncə... Qulaq... Palaz... Tikan... (1976)
Pıspısa Xanım və Siçan Bəy (1974)
Şah və Xidmətçi (1976)
Şahzadə-Qara Qızıl (1974)
Sakit Yonun Macəraları (1985)
Sınaq (1985)
Söhbətül-Əsmar (1994)
Təqib (1984)
Toral və Zəri (1979)
Uçan Zürafə (1983)
Ümid (1992)
Uşaq və Külək (1982)
Yalançı Çoban (1991)
Facebook


MƏNDƏ VARAM


TIKLA


MUSIC

TƏQVİM
«  Mart 2024  »
B.ertÇ.axşÇ.C.axşC.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Elvin Qemerlinskiy proyekti © 2024Бесплатный конструктор сайтов - uCoz