Çərşənbə axşamı, 19.03.2024, 09:57          
Вы вошли какГость | Группа "Qonaq"Приветствую ВасГость| RSSГлавная | Мой профиль | Регистрация | Выход | Вход
MENU

GİRİŞ

SƏS VERMƏ
Neçenci kurssan ?
Всего ответов: 125

STATİSTİKA
статистика
Onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

TAHİR SALAHOV
Tam adı Tahir Teymur oğlu Salahov
Doğum tarixi 1928
Doğum yeri Bakı
 
Həyatı
Tahir Salahov - Azərbaycanın görkəmli rəssamı.
Tahir Teymur oğlu Salahov 1928–ci il noyabr ayının 29–da Bakı şəhərində anadan olub. 1957–ci ildə V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunu rəssam–nəqqaş peşəsi üzrə bitirib.
1960–1961–ci illərdə Azərbaycan Rəssamlar Birliyində məsul katib vəzifəsində, sonra dossent vəzifəsini yerinə yetirən müəllim peşəsində, 1963–74–cü illərdə isə M.Ə.Əliyev adına Azərbaycan Dövlət Teatr institutunda professor vəzifəsində çalışıb. Sənətkar 20 il Rəssamlıq Atelyesinə rəhbərlik edib, 1980–1992–ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəssamlıq və kompozisiya kafedrasını idarə edib.
Çoxillik pedaqoji fəaliyyətində Azərbaycan İncəsənət İnstitutu, eləcə də V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda gənc rəssamlar yetişdirib.
Onu müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi adlandırmaq daha düzgün olardı. Sevənləri, hər kəs onu realist rəssam kimi tanıyır. O elə bir sənətkardır ki, həyatın sərt və məsuliyyətli məqamlarını kətan üzərində böyük ustalıqla canlandıra bilir. T.Salahov seçdiyi sənətdə fikrin, düşüncənin sözsüz ifadəsinin qüdrətini yarada bilir.
Onun yaratdığı tabloları izlədikcə bir daha əmin olursan ki, sənətkar əsərlərini kətan üzərinə həkk edərkən sadəcə göz oxşayan, cəlbedici görünüşə üstünlük vermir. Daha çox əsərinin fəlsəfə ideologiyasının tamaşaçı tərəfindən ifadə olunduğu kimi qavramasına üstünlük verir.
Boyakarlıq sənətinin parlaq nümayəndəsi, mövzu və janr zənginliyi, bədii forma əlvanlığı və estetik kamilliyinə görə bütün zamanlarda öz fərqliliyi ilə seçilib. Təsadüfi deyildir ki, bu gün sənətkarın bacarıqlı əllərinin məhsulu olan əsərlər dünyanın mötəbər muzeylərində və qalereyalarında, şəxsi kolleksiyalarda saxlanılır.
Yaratdığı əsərlərlə milli mədəniyyətimizin təbliğinə özünəməxsus töhfələr verən görkəmli Azərbaycan rəssamı Tahir Salahovun 80 illik yubileyinin keçirilməsi haqqında bu yaxınlarda dövlət başçısı İlham Əliyev sərəncam imzalayıb.
Sənətinə dövlət qayğısı göstərilən bu böyük sənətkar saysız–hesabsız mükafatlar alıb. Fırça ustası Sovet İttifaqının ən yüksək təltifləri və ordenlərinə layiq görülüb, Sosialist Əməyi Qəhrəmanı adını alıb. Rusiyanın "Vətən qarşısında xidmətlərinə görə" ikinci və üçüncü dərəcəli ordenlərinə, müstəqil vətənimiz Azərbaycanın ali mükafatı olan "İstiqlal" ordeninə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin ordenlərinə, müxtəlif medallara və mükafatlara layiq görülüb.
Mahir fırça ustasını öz sıralarında görmək arzusunda olanlar da az olmayıb. Belə ki, həmyerlimiz Rusiyanın və MDB–nin bir çox ölkələrinin rəssamlıq akademiyaları ilə bahəm, Madriddəki San–Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvüdür. Bundan başqa, Ölməzlər Akademiyası adlanan Fransa Zərif Sənətlər Akademiyasına SSRİ–dən cəmi üç nəfər üzv seçilib ki, onlardan biri də həmyerlimiz Tahir Salahovdur. O, həm də Amerika Birləşmiş Ştatlarının bir neçə şəhərinin və Montana ştatının fəxri vətəndaşıdır.
Moskvada yaşayan sənətkar Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin ən fəal məzunlarından biri olub. Təxminən 50 il öncə sənətkarın Ümumittifaq Rəssamlıq Sərgisində nümayiş etdirilən iki əsəri – "Bəstəkar Qara Qarayevin portreti" və "Təmirçilər" zamanında yüksək dəyərini alıb.
Bu qiymət həm də Tretyakov qalereyasının ziyarətçisi olanların bəstəkarın portreti qarşısında ayaq saxlayıb uzun müddət rəsmi heyranlıqla seyr etməsidir. T.Salahov kətan üzərində daha çox sərt və tünd rənglərin ahəngini yaratmağı sevir. Əsərlərini izlədikcə, özünü də tabloda əks olunan mühitdə görməmək mümkün deyil. Bir–birindən fərqli mövzulara müraciət edib, o fərqliliyi fırçaya alması isə tamaşaçının qəlbinə daha həlim yol tapır.
Sənətkarın fırçasının məhsulları olan "Səhər eşelonu" və "Rezervuar parkı" adlı sənaye peyzajları, "Abşeron qadınları" və "Aydan" tabloları, əsrin taleyinə görə məsuliyyət daşıyan insanın fəlsəfi portreti adlandırılan bəstəkar Dmitri Şostakoviçin, şair Rəsul Rzanın, bəstəkar Fikrət Əmirovun portretləri də istər peşəkarlar, istərsə də sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Bu əsərlərin hər birində qəhrəmanların mənəvi zənginliyi, tutduğu ustalıq zirvəsindən asılı olmayaraq bir sadəlövhlüyü əks olunur. Sənətkarın özünü rəssam kimi sınadığı ilk əsəri kətan üzərində əks etdirdiyi "Gecə növbəsindən qayıdanlar" adlı diplom işi olub. Sənətkarın məhz bu tablosu təsviri sənətdə "Sərt üslub" deyilən yeni istiqamətin ilk nümunələrindən biridir.
Məhz T.Salahovun sözügedən əsərilə əmək mövzusu təsviri sənətə yol tapa bilmişdi. Rəssamın doğma diyara həsr etdiyi bir neçə əsərinin reproduksiyaları 2008–ci ildə buraxılan iki təqvimə də daxil edilib. Söhbət "Köhnə Bakı", "Səhər ovu", "Nardaran qarpızları", eləcə də Abşeron triptixi – "Atəşgah", "Xəzər bu gün" və "Qız qalası" əsərlərindən gedir.
T.Salahovun son illərə aid işlərinə gəlincə, sənətkarın yaradıcılığında ayrıca bir dövr təşkil edən bu əsərlər onun portretlər qalereyasını daha da zənginləşdirib. Tahir Salahovun şah əsərlərindən biri müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin portretidir.
İkinci əsər isə dünyaşöhrətli həmyerlimiz Mstislav Rostropoviçin monumental portretidir.
Tahir Salahov Azərbaycan Rəssamlıq Akademiyasında bakalavrlar və magistrlər buraxılışı üzrə dövlət komissiyasına sədrlik edir. Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi üzrə Dövlət Komissiyasının, Heydər Əliyev Mükafatı Komissiyasının üzvüdür. Azərbaycan Ensiklopediyasının redaksiya heyətinə də daxildir. Moskvada isə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri yanında Mədəniyyət Şurasının üzvü seçilib.
Bakıda yaşadığı dövrdə isə Azərbaycan Rəssamlar İttifaqının sədri, respublika Ali Sovetinin deputatı, 1973–cü ildə SSRİ Rəssamlar İttifaqının birinci katibi seçilib. T.Salahov eləcə də YUNESKO–nun nəzdində Millətlərarası Rəssamlar Federasiyasının vitse–prezidenti, 1997–ci ildə Rusiya İncəsənət Akademiyasının vitse–prezidenti seçilib. Elə buna görə də, çox zaman onu "incəsənətin səlahiyyətli səfiri" də adlandırırlar.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 27-də Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı Tahir Salahova "Heydər Əliyev” ordenini təqdim etmişdir.
 
Tahir Salahov Şostakoviçin portretini işləyən yerdə
 
Tahir Salahov "Yeni Dəniz"
 
Tahir Salahov sərgidə
Facebook


MƏNDƏ VARAM


TIKLA


MUSIC

TƏQVİM
«  Mart 2024  »
B.ertÇ.axşÇ.C.axşC.Ş.B.
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Elvin Qemerlinskiy proyekti © 2024Бесплатный конструктор сайтов - uCoz