STATİSTİKA |
Onlayn: 1 Qonaqlar: 1 İstifadəçilər: 0 |
|
Главная » Arxiv xəbərlər
Mayın 14-də Litvanın paytaxtı Vilnüs şəhərində Azərbaycanın milli
musiqisindən ibarət konsert proqramı reallaşacaq. Konsertdə iştirak
edənlər Azərbaycanın milli musiqisi - muğamla yaxından tanış olmaq
imkanı əldə edəcəklər. Konsert proqramında Abgül Mirzəliyev, Rəvanə
Ərəbova, Ehtiram Hüseynov, Sahib Paşazadə, Toğrul Əsədullayev və Əlipaşa
Talıbov çıxış edəcəklər.
Litvanın Azərbaycandakı səfiri Kudzmanas Kyastutisinin sözlərinə görə,
bu konsert litvalı musiqisevərlər üçün Azərbaycanın milli musiqi
ənənələrində özünəməxsus yer tutan muğamı dinləmək üçün nadir
imkanlardan biridir. Məlumat üçün bildirək ki, konsertdə həmçinin, Qara
Qarayevin "Leyli və Məcnun” (1947) və "Don Kixot” (1960) əsərləri Litva
Milli Simfonik Orkestri tərəfindən dirijor Azad Əliyevin (Azərbaycan
Televiziya və Radio Şirkətinin simfonik orkestrinin baş dirijoru)
müşayətiylə ifa olunacaq.
Konsert Azərbaycanın Mədəniy
...
Davamını oxumaq
Прикрепления: |
Mayın 14-də Azərbaycan Dövlət İncəsənət Muzeyində "Azərbaybaycan
İncəsənəti” uşaqlar üçün ensiklopedik məlumat kitabının I cildinin
təqdimat mərasimi keçiriləcək.Son məlumatlara görə, kitab Gənclər və
İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Bizim Nəsil” Gənclərin Regional
İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən həyata keçirilən
"Vətənimizi öyrənək” layihəsi çərçivəsində işıq üzü görüb.
Kitabda qədim tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan
incsənətinin təsviri sənəti, dekorativ tətbiqi sənəti və memarlığı
haqqında məlumatlar öz əksini tapıb. Uşaqlar üçün ensiklopediya
xarakteri daşıyan bu kitabda adları Azərbaycan incəsənəti tarixinə həkk
olunan görkəmli sənətkarlar, özünəməxsus bədii məziyyətə malik dünya
şöhrətli sənətkarlıq nümunələri haqqında yığcam məlumat verilir.
Kitabda incəsənətimizin tarixinə qızıl hərflərlə yazılan sənət inciləri
və onların müəllifləri barəsində kifayət qədər sadə və uşaq dili ilə
söhbət açılıb. Materiall
...
Davamını oxumaq
Прикрепления: |
Mayın 26-dan iyunun 2-dək Muzey Mərkəzində "Belarusiya bu gün” adlı
fotosərgi keçiriləcək. Bu barədə SİA-ya Muzey Mərkəzinin mətbuat
xidmətindən məlumat verilib. Məlumata görə, fotosərgi
"Belarusiya-Azərbaycan dostluq və əməkdaşlıq cəmiyyəti”, Belarusiya
Respiblikasının Azərbaycandakı səfirliyi və Belarusiya Teleqraf
Agentliyinin təşkilatçılığı ilə baş tutacaq.
Məlumat üçün bildirək ki, sərgi Muzey Mərkəzinin "Sərgi Qalereyası”
zalında reallaşacaq.
Прикрепления: |
Şirvanşahlar Saray Kompleksi" Dövlət Tarix-Memarlıq Qoruq-Muzeyinin
fond materiallarından incilər" adlı daimi sərginin açılışı olacaq.
Sərgi mayın 10-da - Heydər Əliyevin ildönümü
günündə, eyni zamanda mayın 18-də – Beynəlxalq muzeylər günü ərəfəsində
keçiriləcək. Sərginin yüksək səviyyədə keçirilməsi üçün Qoruq İdarəsi
tərəfindən Şirvanşahlar sarayında abadlaşdırma işləri, o cümlədən
işıqlandırma sisteminin yenidənqurması, eksponatların nümayişi həyata
keçirilən otaqlarda kamera-nəzarət sisteminin təşkili işləri görülüb.
Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsindən verilən məlumatlara görə, sərgidə arxeoloji
qazıntılar nəticəsində tapılmış əşyalar, qədim xalça və xalçaçılıq
məmulatları, etnoqrafik nümunələr, metal məmulatları, rəsmlər, sikkələr
nümayiş olunacaq. Əksəriyyəti ilk dəfə nümayiş olunacaq eksponatlar
"Şirvanş
...
Davamını oxumaq
Прикрепления: |
Bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti
Dövlət Muzeyində Şuşa şəhərinin erməni təcavüzkarları tərəfindən işğal
olunmasının 18-ci ildönümünə həsr olunan "Azərbaycanın incisi Şuşa” adlı
tədbir keçirilib. Məlumatlara görə, tədbirin keçirilməsində əsas
məqsəd, gələcəyimizin təmsilçiləri böyüməkdə olan nəslə, tariximizə
qanlı hərflərlə yazılan Şuşa şəhərinin zəbt edilməsi haqqında
məlumatları çatdırmaq, erməni işğalçılarının xalqımızın mədəni
sərvətlərinə vurduğu ciddi ziyanlardan bəhs etməkdir.
Azərbaycan dövlətinin yeritdiyi düzgün siyasət nəticəsində,
iqtisadiyatımızın güclü inkişafı və dünya dövlətləri arasında ölkəmizin
nüfuzunun günbəgün artması, tezliklə bütün Qarabağ torpağının azad
olunacağına sübutdur.
Tədbir iştirakçıları ilk öncə Şuşa şəhidlərinin ruhunu 1 dəqiqəlik
sükutla yad edilib. Sonra Şuşa şəhərinin tarixi və görkəmli
şəxsiyyətləri barədə məlumatlandırılıb. Həm
...
Davamını oxumaq
Прикрепления: |
Mayın 12-də Bakıdakı Fransa Mədəniyyət
Mərkəzində sərgi keçiriləcək. SİA-nın məlumatına görə, sərgi "Fransa -
azərbaycanlıların gözü ilə” adlanır.
Sərgidə Fransaya səfər edən azərbaycanlıların foto reportajları nümayiş
olunacaq. Foto əsərlərdə həmçinin Fransanın qədim tarixi abidələri öz
əksini tapıb.
Прикрепления: |
Mədəniyyət və Turizm Nazirliyi, Lətif Kərimov adına Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə
mayın 7-də Eldar Mikayılzadənin "Dahilərə ithaf” adlı sərginin açılışı
olub.
Məlumatlara görə, tədbirdə Tahir Salahov,
Ömər Eldarov və digər tanınmış rəssamlar, sənət adamları iştirak edib.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Eldar
Mikayılzadənin əsərlərini müasir xalça sənətinin ən gözəl nümunələri
kimi dəyərləndirib: "Eldar Mikayılzadə öz yaradıcılığı ilə Azərbaycan
xalçaçılığının timsalında tarix boyu rəmzlərlə və dekorativ stilizə ilə
məşh
...
Davamını oxumaq
Прикрепления: |
Eldar
Qurban: "Çalışırıq ki, tamaşaçıların zövqünü oxşayaq” Teatr
kollektiv fəaliyyət sahəsi, mütəşəkkil sənət növü olduğundan tamaşa
üzərində çalışan yaradıcı heyətin hər bir üzvü öz işinin peşəkarı
olmalıdı. Quruluşçu rejissor, aktyorlar, rəssam, bəstəkardan hansısa
pyesin ruhunu duymasa, az-çox intellekti, müşahidə qabiliyyəti olan
tamaşaçı çatışmazlığı dərhal sezəcək. Teatrla bağlı budəfəki
həmsöhbətimiz Əməkdar rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü,
«Yeni Era» Beynəlxalq Rəssamlıq Akademiyasının həqiqi üzvü Eldar
Qurbandır. Sənətsevərlər onu həm də Ş.Qurbanov adına
Musiqili Komediya Teatrının quruluşçu rəssamı kimi də tanıyırlar.
E.Qurbanın şəxsiyyətind
...
Davamını oxumaq
Прикрепления: |
Yaxın zamanlarda İçərişəhərdə böyük rus aktyoru Yuri Nikulinə heykəl
qoyulacaq.
Məlumata görə, bu barədə İçərişəhər Tarixi-Mədəniyyət Qoruğunun
direktoru Mikayıl Cabbarov deyib.
Heykəl "Brilyant əl” filminin epizodlarından birinin çəkildiyi yerdə
quraşdırılacaq. Söhbət Nikulinin qəhrəmanının sürüşərək yıxıldığı və
"Lənət şeytana” dediyi yerdən gedir.
M.Cabbarov bildirib ki, heykəl "yıxılan Nikulin” formasında olacaq. Onun
sözlərinə görə, bundan əvvəl Nikulinin deyil, filmin digər qəhrəmanını
canlandıran Andrey Mironova heykəl qoyulması müzakirə olunurmuş. Amma
son nəticədə birinci variant seçilib.
Bundan
...
Davamını oxumaq
Прикрепления: |
Mayın 4-də Muzey Mərkəzinin Sərgi Qalereyasında tanınmış və istedadlı
fırça ustası, əməkdar rəssam Ənvər Əsgərovun 70 illik yubileyi
münasibətilə fərdi sərgisi açıldı.
Mədəniyyət və Turizm Nazirliyindən verilən
məlumata görə, ekspozisiyada rəssamın son illərdə yaratdığı yeni,
indiyədək geniş tamaşaçılara təqdim olunmamış əsərləri nümayiş olunacaq.
Bu sərgi sanki rəssamın tamaşaçılar qarşısında yaradıcılıq hesabatıdır.
Sərgi mayın 10-a qədər davam edəcək.
Qeyd edək ki, Ə. Əsgərov ilk professional təhsilini Ə. Əzimzadə adına
Bakı Rəssamlıq Məktəbində Barat Maratlı, Kamil Xanlarov və Lətif
Feyzullayev kimi tanınmış rəssamlardan alıb. Daha sonra
Sankt-Peterbur
...
Davamını oxumaq
Прикрепления: |
|
|
Facebook |
|
TƏQVİM |
« Aprel 2024 » | B.ert | Ç.axş | Ç. | C.axş | C. | Ş. | B. | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
|
|