STATİSTİKA |
Onlayn: 1 Qonaqlar: 1 İstifadəçilər: 0 |
|
Главная » 2010 » May » 8 » “Azərbaycanın incisi Şuşa” adlı tədbir keçirilib
15:47 “Azərbaycanın incisi Şuşa” adlı tədbir keçirilib |
Bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti
Dövlət Muzeyində Şuşa şəhərinin erməni təcavüzkarları tərəfindən işğal
olunmasının 18-ci ildönümünə həsr olunan "Azərbaycanın incisi Şuşa” adlı
tədbir keçirilib. Məlumatlara görə, tədbirin keçirilməsində əsas
məqsəd, gələcəyimizin təmsilçiləri böyüməkdə olan nəslə, tariximizə
qanlı hərflərlə yazılan Şuşa şəhərinin zəbt edilməsi haqqında
məlumatları çatdırmaq, erməni işğalçılarının xalqımızın mədəni
sərvətlərinə vurduğu ciddi ziyanlardan bəhs etməkdir.
Azərbaycan dövlətinin yeritdiyi düzgün siyasət nəticəsində,
iqtisadiyatımızın güclü inkişafı və dünya dövlətləri arasında ölkəmizin
nüfuzunun günbəgün artması, tezliklə bütün Qarabağ torpağının azad
olunacağına sübutdur.
Tədbir iştirakçıları ilk öncə Şuşa şəhidlərinin ruhunu 1 dəqiqəlik
sükutla yad edilib. Sonra Şuşa şəhərinin tarixi və görkəmli
şəxsiyyətləri barədə məlumatlandırılıb. Həmçinin hazırda qaçqın həyatı
yaşamasına baxmayaraq, özünəməxsus ənənələri olan Şuşa xalça sənətini
davam etdirən insanlarla görüş təşkil olunub.
Respublika Uşaq Təşkilatının Yasamal rayon şöbəsinin 24 saylı Uşaq və
Gənclər yaradıcılıq məktəbinin şagirdləri Şuşaya həsr olunan şeirlər
söyləyib, qələbə çalmaq uğrunda hər kəsi mətinli olmağa səsləyiblər.
Şuşa şəhərində vaxtı ilə fəaliyyət göstərən Azərbaycan Xalçası və
Tətbiqi Sənət Dövlət Muzeyinin filialı haqqında da tamaşaçılara məlumat
verilib.
Tədbir muzeyin Qarabağ zalında keçirildiyindən Qarabağ xalçalarının
təbliği məqsədi ilə qısa fasilələrlə muzey əməkdaşları ekskursiyalar
aparıb və Qarabağ haqqında foto stendlə tanış olub.
|
Просмотров: 2715 |
Добавил: Elvin
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|
|
Facebook |
|
|