Cümə, 19.04.2024, 07:11          
Вы вошли какГость | Группа "Qonaq"Приветствую ВасГость| RSSГлавная | Мой профиль | Регистрация | Выход | Вход
MENU

GİRİŞ

SƏS VERMƏ
Neçenci kurssan ?
Всего ответов: 125

STATİSTİKA
статистика
Onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Vinsent Uilliyam van Qoq
Avtoportret

Vinsent Uilliyam van Qoq (1853-1890) – məşhur holland rəssamı. Post–impressionizm cərəyanının nümayəndəsi. Mündəricat

Həyatı
Van Qoq incəsənət tarixi boyu bəlkə də ən ağır, çətinliklərlə dolu həyata malik olan simadır. Ən azı həyatını sui-qəsd ilə bitirməsi buna danılmaz sübutdur. Vinsent 1853-cü il 30 mart tarixində, Hollandıyanın Breda şəhəri yaxınlığındakı Qrut-Zundert adlı məntəqəsində Anna Kornelia Karbet və Teodor van Qoqun ailəsində anadan olur.
"Kartof Yeyənlər"


1869-1876 – cı illərdə Haaqa, Brüssel, London, Paris kimi şəhərlərdə rəssamlıq müəssisələrində adi satıcı vəzifəsində çalışır. 1876 – cı ildə İngiltərədə müəllim işləyir. Müəyyən dövrlərdə teologiyanı (ilahiyyat) öyrənmiş, Borinajda (Belçika) dini xadim kimi çalışmışdır.
"Ulduzlu Gecə" (iyun 1889)"


1880 – ci ilərdən başlayaraq, təsviri incəsənətlə məşğul olmağa başlayır. Brüssel (1880-81) və Antverpendə (1885-1886) rəssamlıq akademiyalarında təhsil alır, Haaqada dövrünün tanınmış rəssamı A. Mauvedən məsləhətlər alır. Məhz bu məsləhətlər onun gələcək iş üslubluna təsir edəcək. 1880 – cı illərdə onun əsərlərində tünd rənglərə, kəskin keçidlərə, "qəmgin” mövzulara rast gəlinir. Bu, həmin dövrdə rəssamın həyatında yaşanan dərin psixoloji probləmlərə və gərginliklərə işarədir. Məsələn, Van Hoqun "Kartof Yeyənlər” (Ottyorlo) əsərini nümunə kimi götürmək olar. Həm mövzu, həm sujet, həm rənglər, həm də işığın işlənməsi insanda qəmgin hisslər oyadır, məyusluq təəssüratı yaradır.
"Arlda gecə"


1888-ci ildə Van Hoq Arla gəlir. Məhz burada, o öz uslubunu tam formalaşdırır, işləmə stilini və təsvir metodlarını bütövlüklə yekunlaşdırır. Sanki, Arlda o metod axtarışlarını və üslub seçimi mərhələsini bitirib, yeni mərhələ işlərə başlayır. Arlda yaradılan əsərlər müqaisədə müəyyən "ziddiyyətlər” ortaya çıxarır. Əgər bir sıra əsərlərdə, günəşli hava, mavi səma, qızılı tarlalara rast gəlinirsə, digərlərində qaranlıq küçələr, gecə klublarını müşahidə etmək olar. Bir sıra əsərlərdə iş başında, zəhmətkeş insanlar, digərlərində "yüngül” pul axtarışında olanlar, səfillər, fahişələr və s. ön planda olur. Bütün bunlarla bahəm maddi problemlər onu tez-tez mənəvi sarsıntılara aparır. Van Hoqun pozğun bir qadına aşiq olması və bu sevgini ona nümaiş etdirmək üçün qulağını kəsməsi onun qəmgin mənəviyyatının göstəricisidir.
"Sent-Maridə balıqçı qayıqları" 1888


Həyatının son illərində rəssamın gərgin iş rejimi, saysız maddi problemlər tez-tez stresslərə, depressiyalara, ruhi çatışmamazlıqlara gətirib çıxarırdı. Son illər Arl, Sen-Remi və Ovür–sür– Uaz kimi ruhi xəstələr üçün xəstəxanalarda keçir ki, sonuncu xəstəxanada 1890-cı il 29 iyulda həyatını özünə sui-qəst ilə bitirir. Ölüm ayağında, qardaşı Teo onun yanında olur və ondan bu sözləri eşidir: "La tristesse durera toujours” – "Qəm daim davam edəcək”.
"Günəbaxanlar"


Yaradıcıllıq və sərgilər
Van Hoq müasirləri tərəfindən birmənalı şəkildə qarşılanmamışdır. Ümumilikdə, impressionizmə və daha sonra post-impressionizmə həmin dövrdə müxtəlif baxışlar var idi. İmpressionizm sözü belə kəskin tənqiddən irəli gəlir, ilk dəfə bu üslublu əsərləri görən bir müşahidəci ironiya ilə "Impressiv!" (təsirlidir) deyir.
"Antverpendə arxa məhəllələr"


Van Hoq sənətinə 1880-cı illərdən başlayaraq diqqər göstərilir. Onun əsərləri tez-tez mətbuatda, tənqidçilər arasında müzakirə olunur və bu da öz növbəsində rəssamın ölümündən sonra təşkil olunan sərgilərdə öz əksini tapır. 20-ci əsrin əvvəllərində, Paris (1901-1905), Amsterdam (1905), Kolonya (1912), Nyu York (1913) və Berlində (1914) sərgilər təşkil olunur. Məhz bu sərgilər Van Hoqun dahilizini hamı tərəfindən qəbul edilmasinə aparır.
Odur ki, son 10 ildə dünya incəsənət auksionlarında Van Hoqun əsərləri rekord qiymətlərə (150.000.000 və yuxarı) satılır.
Ümumilikdə Van Hoq həyatı boyu 2000-dən artıq şəkil, eləcədə 3000-ə yaxın rəsmlərin müəllifidir ki, onlardan ən məşhurları həyatının son iki ilini əhatə edir. Qeyd etmək lazımdır ki, o, bu iki ill stresslərlə, öz qulağını kəsməsi və yaxın dostu, dahi rəssam Paul Hogen ilə ayrılması kimi vacib hadisələrlə müşaiət olunmuşdur. [redaktə / تحریر] Van Hoq və hisslər

Bir sıra incəsənət ekspertlərinin fikrinə görə, impressionistlərin işləmə prinsipini rəssamlıq texnikası (işıq, həcm, rənglər, rənglər sıxlığı, layların sayı və s.) deyil, yaşanan və müşahidəşiyə veriləcək hisslərdir. Van Hoq əsərlərinin təsviri üçün sözlər kifayət etmir, ən azı ona görə ki, hər bir insanın bu əsərlərin seyrindən sonra keçirdiyi hisslər müxtəlifdir. Burada hər şey inmsanın təvsirindən, qavranışından, həssaslığından, emossionallığından asılıdır. Van Hoq yaradıcıllığının şah əsərlərindən olan "Arlda gecə" əsərini gözdən keçirək. Bu əsəri seyr edən hər bir şəxs həmin küçədəki qoxunu, daşların qabarıqlığını, qəlyanaltıda əyləşən insanları, onların söhbətlərini, uzaqda görünən cütlüyü, fənər işığının istisini, ulduzları, gecənin "səsini" duyur. Bu Van Hoqun dahiliyidir.
Facebook


MƏNDƏ VARAM


TIKLA


MUSIC

TƏQVİM
«  Aprel 2024  »
B.ertÇ.axşÇ.C.axşC.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
2930

Elvin Qemerlinskiy proyekti © 2024Бесплатный конструктор сайтов - uCoz