STATİSTİKA |
Onlayn: 1 Qonaqlar: 1 İstifadəçilər: 0 |
|
Главная » 2010 » May » 13 » Litvada Azərbaycanın milli musiqisindən ibarət konsert proqramı keçiriləcək
20:35 Litvada Azərbaycanın milli musiqisindən ibarət konsert proqramı keçiriləcək |
Mayın 14-də Litvanın paytaxtı Vilnüs şəhərində Azərbaycanın milli
musiqisindən ibarət konsert proqramı reallaşacaq. Konsertdə iştirak
edənlər Azərbaycanın milli musiqisi - muğamla yaxından tanış olmaq
imkanı əldə edəcəklər. Konsert proqramında Abgül Mirzəliyev, Rəvanə
Ərəbova, Ehtiram Hüseynov, Sahib Paşazadə, Toğrul Əsədullayev və Əlipaşa
Talıbov çıxış edəcəklər.
Litvanın Azərbaycandakı səfiri Kudzmanas Kyastutisinin sözlərinə görə,
bu konsert litvalı musiqisevərlər üçün Azərbaycanın milli musiqi
ənənələrində özünəməxsus yer tutan muğamı dinləmək üçün nadir
imkanlardan biridir. Məlumat üçün bildirək ki, konsertdə həmçinin, Qara
Qarayevin "Leyli və Məcnun” (1947) və "Don Kixot” (1960) əsərləri Litva
Milli Simfonik Orkestri tərəfindən dirijor Azad Əliyevin (Azərbaycan
Televiziya və Radio Şirkətinin simfonik orkestrinin baş dirijoru)
müşayətiylə ifa olunacaq.
Konsert Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Litva
Respublikasının Azərbaycandakı səfirliyinin Beynəlxalq Musiqi Şurasının
Azərbaycan Milli Musiqi Komitəsinin dəstəyi ilə keçiriləcək. Konsert
həmçinin, Litvanın Milli Filarmoniyası ilə Azərbaycan Dövlət
Filarmoniyası arasında 2009-cu ildə bağlanan ikitərəfli razılaşmaya
əsaslanır.
Qeyd edək ki, 2008-ci ildə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi
ilə Litva Respublikasının Mədəniyyət Nazirliyi iki ölkə arasında mədəni
əlaqələrin gücləndirilməsi barədə razılıq əldə edib.
|
Просмотров: 2902 |
Добавил: Elvin
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|
|
Facebook |
|
|