TOĞRUL NƏRİMANBƏYOV
Tam adı Toğrul Fərman oğlu Nərimanbəyov Doğum tarixi 7 Avqust 1930 (1930-08-07) (yaş 79) Doğum yeri Bakı
Həyatı Nərimanbəyov Toğrul Fərman oğlu 1930 - cu ildə doğma Azərbaycanda Bakı şəhərində doğulmuşdur. 1950-ci ildə Əzim Əzimzadə adına Azərbaycan dövlət rəssamlıq məktəbini bitirmişdir 1955 ci ildə Litvanin Vilnyus şəhərində Litva dövlət Rəssamlıq institutunu bitirmişdir, və CCCP Rəssamlar birliyinə qəbul olunmuşdur 1964 -cu ildə Azərbaycanın əməkdar rəssamı adını almışdır Bundan sonra çox keçmədən 1967ci ildə Azərbaycan Xalq Ressamı adına layiq görülmüşdür Rəssam Dünyada və eləcədə Azərbaycanda bir çox order medal diplom və fəxri adların sahibidir 1974 cü ildə Fikrət Əmirovun "Nəsimi haqqında poema" baletinin tərtibatına görə CCP dövründə Azərbaycan dövlət mükafatına layiq görülmüşdür 1980 ci ildə yenidən Fikrət Əmirovun "Min bir gecə" baletinin tertibatına görə CCP -i dövlət mükafatıyla təltif olunmuşdur Azərbaycan Dövlət Incəsənət muzeyində, Azərbaycan Mədəniyyət nazirliyində Moskva Rəssamlar birliyində və Moskvanın bir çox incəsənət muzey, birlik,fondlarinda Nerimanbeyovun eserleri qorunur saxlanilir Dünyanin bir çox ölkələrində Çexoslovakiyada Moskvada Hindistanda Fransada Litvada və bir çox ölkələrində müxtəlif illərdə onun sərgiləri olmuşdur.
Filmoqrafiya
Toğrul Nərimanbəyov (1966)-İştirak (Qısametrajlı Sənədli Televiziya Filmi)
Qobustan (1967)
Əllər və Rənglər (1974)
Dədə Qorqud (1975)-Şəkillərin müəllifi (Tammetrajlı Bədii Film)
Dantenin Yubileyi (1978)-Aktyor: Tamaşaçı (Tammetrajlı Bədii Film)
Rənglərin Melodiyası (1981)
Salam, Zeynəb! (1982)-İştirak (Qısametrajlı Sənədli-Bədii Televiziya Film-Konserti)
Yeddi Gözəl (1982)-Geyim rəssamı (Tammetrajlı Film-Balet)
|