STATİSTİKA |
Onlayn: 1 Qonaqlar: 1 İstifadəçilər: 0 |
|
Главная » Arxiv xəbərlər
2007ci ilde ADRA-nin heykeltarashliq fakultesini bitiren Ilqar Sheydayev hal-hazirda Germaniyanin Paderborn sheherinde yashayir. Bu qisa muddet erzinde bir cox sergilerde ishtirak etmish ve ozunun iki shexsi sergisinide kecirtmishdir. Nord Vein Vestfalen torpaginin monalit teshkilatinin uzvudur. Bir cox qazet ve jurnallarda haqqinda etrafli meqaleler cixmishdi. Octyabr ayinda Detmold shereinde kecirilecek Ivan Buninin yubiley ucun teshkil olunmush konkursda qalib gelmish ve orada yazicilara verilecek heykel mukafatlarin isteyini almishdir. bundan elave O yaxin gelecekde kecirilecek bir cox sergilere ishtirak etmek ucun teklif almishdir. Biz ona bu yaradiciliq ishlerinde ugurlar arzulayiriq ki, ve Azerbaycanin adini Almaniyada yukseltd
...
Davamını oxumaq
|
Mayın 26-da Bakıda Heydər Əliyev Fondu, Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və "Qız qalası”
art qalereyasının birgə təşkilatçılığı ilə "Qız qalası” Beynəlxalq
incəsənət festivalına start veriləcək. Festival Azərbaycanın qədim
abidələrindən olan Qız qalasının dünyada tanınması və
populyarlaşdırılması məqsədi daşıyır. UNESCO-nun dünya irs
siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və
paytaxtımızın rəmzi hesab olunan bu abidə Azərbaycan memarlığının incisi
olmaqla yanaşı, xalqımızın qədim tarixinin və zəngin ənənələrinin
təbliğinə, ümumbəşəri mədəni irsin zənginləşdirilməsinə və
mədəniyyətlərarası dialoqa öz töhfəsini verir. Qeyd edək ki,
layihədə 18 ölkədən 20-dən çox tanınmış rəssam iştirak edir. Onlar öz
milli üslublarında Qız qalasının kiçik maketlərini
...
Davamını oxumaq
Прикрепления: |
Mayın 26-da Lətif Kərimov adına Azərbaycan Xalçası
və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Azərbaycanda ilk və yeganə keçə
sənəti ilə məşğul olan Rauf Əbdülhüseynoğlunun fərdi yaradıcılıq sərgisi
açılacaq. 28 May - Respublika Günü münasibətilə keçirilən sərgi
Mədəniyyət və Turizm Nazirliyi, Rəssamlar İttifaqı, Lətif Kərimov adına
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin birgə
təşəbbüsü ilə reallaşacaq. Sərgidə Azərbaycanda keçə sənəti ilə
məşğul olan yeganə rəssamın müxtəlif mövzuda əsərləri nümayiş
etdiriləcək.
Прикрепления: |
Muzey Mərkəzində bu mövzuda sərgi
açıldı Mayın 19-da Muzey Mərkəzinin Sərgi
Qalereyasında "İncəsənət tariximizin pillələri” mövzusunda sərgi açıldı.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət
Vəliyev sərginin əhəmiyyətindən, Azərbaycan rəssamlıq məktəbinin zəngin
ənənələrindən, rəssamlıq sənətinin tarixini yaradan sənətkarlar haqqında
danışdı: «XX əsr Azərbaycan incəsənət tarixi bir neçə mərhələ ilə
müəyyənləşir. Ötən əsrin əvvəllərindən 1940-cı ilə qədərki d
...
Davamını oxumaq
Прикрепления: |
Onun əsərləri ölkəmizin və
dünyanın bir çox muzeylərində, ABŞ, Belçika, İran, Türkiyə, Britaniya və
digər ölkələrdə sənətsevərlərin şəxsi kolleksiyalarında saxlanılır.
Sabir Çopuroğlunun əsərləri özünəməxsusluğu, fərqli işlənmə texnikası
ilə hər kəsi heyrətə gətirir. Çünki o, rəsm əsərlərini adi rəng, boya
ilə deyil, neftlə çəkir. Əslən Borçalıdandır, 1956-cı
ildə Gürcüstanın Başkeçid bölgəsində anadan olub. Bakıda Ə.Əzimzadə
adına Rəssamlıq Texnikumunda, Gürcüstan Rəssamlıq Akademiyasında təhsil
alıb. Əsərləri 1980-ci ildən müxtəlif beynəlxalq sərgilərdə, o cümlədən
Türkiyə, Britaniya, Yaponiya, Avstraliya və İtaliyada nümayiş olunub. &
...
Davamını oxumaq
Прикрепления: |
Bakıdakı Müasir İncəsənət Mərkəzində "La Vie en
Rouge” (Qırmızı Boyalı Həyat) adlı müasir təsviri sənət sərgisi açılıb.
Sərgi layihəsi Polşanın paytaxtı Varşavada yerləşən məşhur «Uyazdovski
Qəsri - Müasir İncəsənət Mərkəzi»ndə nümayiş üçün tərtib olunub və
2009-cu ilin iyun-avqust aylarında "Transkuakaziya” Mədəniyyət Festivalı
çərçivəsində təqdim edilib. Bakıda sərgilənən Azərbaycan, Danimarka,
ABŞ və Finlandiya rəssamlarının rəngkarlıq, qrafika, foto, obyekt və
videoart formalarında sənət əsərlərini birləşdirən əsas element qırmızı
rəngdir. Eyni rəng ən müxtəlif, bəzən bir-birinə tam zidd ideya və
hisslərin tərənnümü və rəmzi kimi vasitə ilə seçilir. Bununla belə
sərgilənən əsərlər, müxtəlif tərzdə yozula bilər, bu isə hər bir
tamaşaçının mövqeyi və mədəni yaddaşından asılıdır.
Прикрепления: |
Mayın 18-də Müasir İncəsənət Mərkəzində uşaq
incəsənət məktəblərinin şagirdlərinin əl işlərindən ibarət "Mən
azərbaycanlıyam” adı altında sərgi keçirilib. 2010-cu il -"Ekologiya
ili” çərçivəsində təşkil olunan sərgidə Bakı şəhərində fəaliyyət
göstərən 3 və 4 saylı uşaq incəsənət məktəblərində təhsil alan
şagirdlərin 100-dən artıq rəsm əsəri nümayiş edilib. Rəngkarlıq və
qrafika janrlarında çəkilmiş əsərlərdən ibarət sərginin təşkilində
məqsəd ictimaiyyətin diqqətini ekologiyanın qorunmasına yönəltmək olub.
7-17 yaş arasında məktəblilərin iştirak etdiyi sərgi bir gün davam edib.
Прикрепления: |
Mayın 17-də Rəssamlar İttifaqının V.Səmədova
adına sərgi salonunda iki türkiyəli və bir azərbaycanlı rəssamın - Zihan
Ercivan, Nurullah Aydın və İlqar Ələkbərovun "Ortaq” adlı sərgisi
açılıb. Tədbiri giriş sözü ilə açan Rəssamlar
İttifaqının Qrafika şöbəsinin sədri, rəssam Arif Hüseynov sərgini iki
qardaş xalqın mədəniyyət sahəsindəki əməkdaşlığının növbəti bariz
nümunəsi adlandırıb. Sərginin keçirilmə zərurəti barədə danışan
A.Hüseynov bu il İstanbulun "Avropa mədəniyyətinin paytaxtı” elan
olunduğunu seçildiyini, türkiyəli və azərbaycanlı rəssamların birgə
sərgilərinin bu çərçivədə keçirildiyini bildirdi. Daha sonra çıxış edən
əməkdar rəssam, sənətşünas Ziyadxan Əliyev belə layihələrin gələcəkdə də
davam etdirilməsinin əhəmiyyətini qeyd edib. Qeyd edək ki, sərgi
mayın 22-dək davam edəcək. Eldar İbrahimoğlu<
...
Davamını oxumaq
Прикрепления: |
18 may - Beynəlxalq Muzeylər
Günü, hər il olduğu kimi, bu il də Azərbaycanda müxtəlif tədbirlərlə
yadda qaldı. Həmin gün respublikanın bütün muzeylərində «Açıq qapı» günü
elan olunmuşdu.
Beynəlxalq Muzeylər Gününün təntənəli
açılış mərasimi Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi
Sənəti Dövlət Muzeyində keçirildi. «Üzeyir dünyası muzeylərdə» adlı
tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda
Məmmədəliyeva bildirdi ki, son illər Azərbaycanda muzey işinə diqqət
artıb: «Son dörd il ərzində ölkədə 34 yeni muzey yaradılıb,
ekspozisiyaları təzələnib. Bununla yanaşı, muzeylərimizin beynəlxalq
əlaqələri də genişlənib. Son dörd ildə dövlət başçısı tərəfindən
muzeylərlə bağlı 7 sərəncam imzalanıb ki, bu da prezidentin bu sahəyə
göstərdiyi diqqət və qayğının
...
Davamını oxumaq
Прикрепления: |
"Avropa: Ümumi irs” və "Avropa mədəni irs günləri” kampaniyası
çərçivəsində aprel-may aylarında "Mənim doğma Vətənim” mövzusunda
keçirilən fotomüsabiqənin yekunlarına həsr olunan foto-sərgi təşkil
olunacaq.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən
məlumata görə, sərginin keçirilməsində əsas məqsəd foto sahəsində
istedadlı gənclərin üzə çıxarılması, bu sahəyə gənclərin marağının, eyni
zamanda istedadlı gənclərə dövlət qayğısının artırılmasıdır. Sərgidə
400 foto nümayiş olunacaq. Sərgidə qalib seçilən fotoşəkillər
İspaniyanın Barselona şəhərində dərc olunaraq bütün Avropa ölkələrinə
yayılacaq. Qaliblər Gənclər və İdman Nazirliyi və Avropa Şurası
tərəfindən diplomlarla təltif olunacaqlar.
Прикрепления: |
|
|
Facebook |
|
TƏQVİM |
« Aprel 2024 » | B.ert | Ç.axş | Ç. | C.axş | C. | Ş. | B. | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
|
|