STATİSTİKA |
Onlayn: 1 Qonaqlar: 1 İstifadəçilər: 0 |
|
Главная » 2010 » May » 26 » Bakıda "Qız qalasl" beynəlxalq incəsənət festivalı keciriləcək
19:52 Bakıda "Qız qalasl" beynəlxalq incəsənət festivalı keciriləcək |
Mayın 26-da Bakıda Heydər Əliyev Fondu, Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və "Qız qalası”
art qalereyasının birgə təşkilatçılığı ilə "Qız qalası” Beynəlxalq
incəsənət festivalına start veriləcək. Festival Azərbaycanın qədim
abidələrindən olan Qız qalasının dünyada tanınması və
populyarlaşdırılması məqsədi daşıyır. UNESCO-nun dünya irs
siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və
paytaxtımızın rəmzi hesab olunan bu abidə Azərbaycan memarlığının incisi
olmaqla yanaşı, xalqımızın qədim tarixinin və zəngin ənənələrinin
təbliğinə, ümumbəşəri mədəni irsin zənginləşdirilməsinə və
mədəniyyətlərarası dialoqa öz töhfəsini verir. Qeyd edək ki,
layihədə 18 ölkədən 20-dən çox tanınmış rəssam iştirak edir. Onlar öz
milli üslublarında Qız qalasının kiçik maketlərini naxışlarla bəzəyərək,
fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı
mübadiləsini əks etdirən əsərlər yaradacaqlar. Sərgi mayın 28-dək
davam edəcək.
|
Просмотров: 2770 |
Добавил: Esra
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|
|
Facebook |
|
|