Mayın 26-dan iyunun 2-dək Muzey Mərkəzində "Belarusiya bu gün” adlı
fotosərgi keçiriləcək. Bu barədə SİA-ya Muzey Mərkəzinin mətbuat
xidmətindən məlumat verilib. Məlumata görə, fotosərgi
"Belarusiya-Azərbaycan dostluq və əməkdaşlıq cəmiyyəti”, Belarusiya
Respiblikasının Azərbaycandakı səfirliyi və Belarusiya Teleqraf
Agentliyinin təşkilatçılığı ilə baş tutacaq.
Məlumat üçün bildirək ki, sərgi Muzey Mərkəzinin "Sərgi Qalereyası”
zalında reallaşacaq.