STATİSTİKA |
Onlayn: 1 Qonaqlar: 1 İstifadəçilər: 0 |
|
Главная » 2010 » Avqust » 27 » Kanadada Ömər Eldarovun əsərlərinin fotoşəkillərindən ibarət sərgi açılıb
00:24 Kanadada Ömər Eldarovun əsərlərinin fotoşəkillərindən ibarət sərgi açılıb |
Sərgi Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunub Kanadanın
Toronto və Niaqara şəhərlərində keçirilən Azərbaycan Mədəniyyəti
Günləri çərçivəsində məşhur heykəltəraş, akademik Ömər Eldarovun
əsərlərinin fotoşəkillərindən ibarət sərgi açılıb. Sərgi
Heydər Əliyev Fondu, Beynəlxalq Niaqara musiqi festivalı və Kanada Türk
Dostluq Cəmiyyətinin dəstəyi ilə təşkil edilib. Torontoda "Ümumi
sülh naminə mədəniyyətlərin dialoqu” beynəlxalq layihəsi çərçivəsində
Ömər Eldarovun əsərlərinin fotoşəkillərindən təşkil edilmiş sərgi böyük
maraqla qarşılanıb. Sərgidə türk dünyasının iki böyük lideri - Heydər
Əliyevin və Mustafa Kamal Atatürkün, musiqi sənətimizin korifeyləri
Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, habelə Füzulinin, Hüseyn Cavidin,
Səttar Bəhlulzadənin heykəllərinin fotoşəkilləri nümayiş etdirilib. Sərginin
təşkilatçılarına minnətdarlığını bildirən Ömər Eldarov vurğulayıb ki,
burada əsərlərimin çox az, lakin yaradıcılıq bioqrafiyam üçün olduqca
əhəmiyyətli hissəsi sərgilənir. Sərgidə Heydər Əliyevin, Atatürkün və
bizim digər dahi həmvətənlərimizin obrazları var. Sərginin keçirilməsi
Heydər Əliyev Fondunun dəstəyi ilə mümkün olub. Bu təşəbbüsə
minnətdarlıq əlaməti olaraq sərgidə Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri,
milli musiqimizin dünyada tanıdılmasında əvəzsiz xidmətləri olan
Mehriban Əliyevanın da portreti yer alıb. Dünyanın bir çox
görkəmli şəxsiyyətlərinin obrazlarını öz sənət əsərlərində əks etdirən
Ömər Eldarov Toronto Beynəlxalq Mədəniyyətlərarası Dialoq İnstitutunun
fəxri üzvü adına layiq görülüb. Kanadada Azərbaycan Mədəniyyəti Günləri avqustun 28-dək davam edəcək.
|
Просмотров: 3410 |
Добавил: Elvin
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|
|
Facebook |
|
|