Cümə, 29.03.2024, 11:33          
Вы вошли какГость | Группа "Qonaq"Приветствую ВасГость| RSSГлавная | Мой профиль | Регистрация | Выход | Вход
MENU

GİRİŞ

SƏS VERMƏ
Neçenci kurssan ?
Всего ответов: 125

STATİSTİKA
статистика
Onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Главная » 2010 » Aprel » 30 » Ülkərin iki dünyası
14:29
Ülkərin iki dünyası
   Aprelin 29-da Tofiq İsmayılov adına Uşaq və Gənclər Mədəniyyət Sarayının "Uşaq Dünyası” qalereyasında Ülkər Zeynalovanın "Ülkərin ürək dünyası” adlı rəsm və əl işləri sərgisi keçirildi. "Uşaq dünyası” rəsm qalereyasında keçirilən sərgi Mədəniyyət və Turizm Nazirliyi, Əlillərin «Zaur» Xeyriyyə Cəmiyyəti və Tofiq İsmayılov adına Uşaq və Gənclər Mədəniyyət Sarayı tərəfindən təşkil olunmuşdu. Sərgidə Ülkərin daxili aləmini əks etdirən rəsmlər yer alıb.
   Ülkər Zeynalova 1981-ci ildə Bakıda dünyaya gəlib. Ülkər 219 saylı orta məktəbi bitirib. Orta məktəbdə oxumaqla yanaşı, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik mərkəzində rəsm üzrə məşğələlərdə iştirak edib. 2001-ci ildə 12 saylı Bakı Peşə Liseyinə daxil olub və bədii tərtibat işlərinin icraçı rəssamı ixtisasına yiyələnib.
   Ülkərin "İki dünya” adlı rəsmi xüsusilə fərqlidir. Bu rəsm müəllifin daxili aləminin güzgüsüdür. Ülkər fiziki qüsuruna baxmayaraq, inamın və iradənin gücü ilə öz mənəvi aləminin rəngarəngliyini çatdıra bilir. O, 1996-cı ildə Əlillərin 2-ci Ümumrespublika yaradıcılıq müsabiqəsinin qalibi olaraq 3-cü dərəcəli diplomla təltif olunub. 1999-cu ildə «BP-Amoco» şirkəti tərəfindən Təbiətin Mühafizə Gününə həsr olunmuş Uşaqların Ekoloji Rəsmləri müsabiqəsində diploma, 2000-ci ildə məktəblərin Ümumrespublika rəsm sərgisi müsabiqəsinin iştirakçısı kimi fəxri fərmana, habelə 2000-ci ildə Xəzərə həsr olunmuş ekoloji rəsm işinə görə 2-ci yerə layiq görülüb.

Просмотров: 2942 | Добавил: Esra | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Facebook


MƏNDƏ VARAM


TIKLA


MUSIC

TƏQVİM
«  Aprel 2010  »
B.ertÇ.axşÇ.C.axşC.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
2627282930

Elvin Qemerlinskiy proyekti © 2024Бесплатный конструктор сайтов - uCoz