Cümə axşamı, 28.03.2024, 21:56          
Вы вошли какГость | Группа "Qonaq"Приветствую ВасГость| RSSГлавная | Мой профиль | Регистрация | Выход | Вход
MENU

GİRİŞ

SƏS VERMƏ
Neçenci kurssan ?
Всего ответов: 125

STATİSTİKA
статистика
Onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Главная » 2010 » Sentyabr » 16 » Səttar Bəhlulzadəyə həsr olunan “Sonuncu dərviş” bədii filminin nümayişi keçirilib
01:06
Səttar Bəhlulzadəyə həsr olunan “Sonuncu dərviş” bədii filminin nümayişi keçirilib

14 sentyabr Kinematoqrafçılar İttifaqında kinorejissor, əməkdar incəsənət xadimi Ələkbər Muradovun xalq rəssamı Səttar Bəhlulzadəyə həsr etdiyi "Sonuncu dərviş” bədii filminin nümayişi keçirilib. SİA-nın məlumatına görə, nümayişi açıq elan edən Azərbaycan Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib: "Bu film İctimai Televiziyanın nəzdində olan Carçı film studiyasının ilk işlərindən biri kimi olub. İsmayıl Ömərov bu ssenarini qəbul edərək filmin ərsəyə gəlməsində əvəzsiz rol oynayıb. Bu film Səttar Bəhlulzadənin 100 illik yubileyi zamanı çəkilib”.
"Səttar forma və daxilcə elə bir unikal, heç bir insana bənzəməyən xasiyyətə malik idi ki, onun haqqında hansısa fikirləri söyləmək həqiqətəndə çox çətindir. Uşaqlıqda öz işlərimi ilk olaraq ona göstərirdim və məni hər zaman pərvazlandıran o olub. S.Bəhlulzadə atamla bir sinifdə oxuyub. O hətta mənim ilk sərgimdə iştirak edib. Onu da qeyd edim ki, Azərbaycanda rəssam haqqında hələ film çəkilməyib. Çünki Səttar haqqında çox az materiall olub. Bütün rəssamların həyatı onun həta kimi çox çətin keçib. Buna görə də belə bir filmin çəkilməsi vacib idi. Məni narahat edən əsas məsələ Səttar obrazına kimin uyğun olması idi. Əvvəlcə hindlərdən çəkmək istəyirdim. Hətta bunu sınaqdan da keçirmişdim. Lakin daha sonra Hüseyn adlı bir cavanı çəkdim. Hesab edirəm ki, bu gənc rəssamın oxşarı idi”-deyə əlavə edib.

Filmin çox az bir vaxtda ərsəyə gəldiyini deyən Ələkbər Muradov bildirib ki, film artıq keçən ilin sentyabr ayında hazır idi. Ancaq qeyri-formal olaraq Fransada nümayiş olunub. Bu sırf bir rəssam haqqında olan filmdir: "Baxmayaraq ki, bu film çox "yox" cavabı eşidib. Ancaq bütün iradlara baxmayaraq bu filmi ərsəyə gətirə bildik. Səttarı istəyən çox idi, ancaq "hə" deyən yox idi. Hətta belə bir fikir var idi ki, Səttar haqqında film lazım deyil, çünki o bizim müasirimizdir”.

Məlumat üçün bildirək ki, filmin ssenaristi və rejissoru əməkdar incəsənət xadimi Ələkbər Muradov, quruluşçu rəssamı Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov, ikinci rejissor Murad Muradov və Olqa Şabanova, operatoru Manaf Süleymanov, prodüsseri Faiq Güləhmədovdur. Film 1 saat 30 dəqiqədir. Filmdə 46 obraz var.

Просмотров: 5959 | Добавил: Elvin | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1 Afa  
0
ne gozel bu filme boyuk memnuniyyetle baxardim smile

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Facebook


MƏNDƏ VARAM


TIKLA


MUSIC

TƏQVİM
«  Sentyabr 2010  »
B.ertÇ.axşÇ.C.axşC.Ş.B.
  12345
6789101112
13141516171819
20212223242526
27282930

Elvin Qemerlinskiy proyekti © 2024Бесплатный конструктор сайтов - uCoz