Əsərlərindən neft iyi gələn rəssam - 19 Мая 2010 - ADRA
Şənbə, 03.12.2016, 06:21          
Вы вошли какГость | Группа "Qonaq"Приветствую ВасГость| RSSГлавная | Мой профиль | Регистрация | Выход | Вход
MENU

GİRİŞ

SƏS VERMƏ
Neçenci kurssan ?
Всего ответов: 123

STATİSTİKA
статистика
Onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Главная » 2010 » May » 19 » Əsərlərindən neft iyi gələn rəssam
17:33
Əsərlərindən neft iyi gələn rəssam

   Onun əsərləri ölkəmizin və dünyanın bir çox muzeylərində, ABŞ, Belçika, İran, Türkiyə, Britaniya və digər ölkələrdə sənətsevərlərin şəxsi kolleksiyalarında saxlanılır. Sabir Çopuroğlunun əsərləri özünəməxsusluğu, fərqli işlənmə texnikası ilə hər kəsi heyrətə gətirir. Çünki o, rəsm əsərlərini adi rəng, boya ilə deyil, neftlə çəkir.
   
   Əslən Borçalıdandır, 1956-cı ildə Gürcüstanın Başkeçid bölgəsində anadan olub. Bakıda Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunda, Gürcüstan Rəssamlıq Akademiyasında təhsil alıb. Əsərləri 1980-ci ildən müxtəlif beynəlxalq sərgilərdə, o cümlədən Türkiyə, Britaniya, Yaponiya, Avstraliya və İtaliyada nümayiş olunub.
   
   İncəsənətə fərqli maraq
   
   Rəssamlığa uşaqlıqdan maraq göstərib. "Uşaq vaxtı nənəmin tapşırığı ilə həyətimizdə tüstü bacalarının borularındakı hisdən istifadə edib nəsə çəkmək istəyirdim. Barmaqlarımla divarlara cızma-qara edəndə evdəkilər, əsas da nənəm çox əsəbiləşərdi. O vaxtdan tədricən bu istiqamətdə beynimdə müxtəlif ideyaların yarandığını hiss edirdim. O zaman qələmlə, fırça ilə də hərdən rəsm çəkərdim. Amma fikirlərimdə heç kimə izah edə bilmədiyim ideyalar yaşayır, daha da inkişaf edirdi”.
   
   Neft gölməçələrindən yaranan boya
   
   Sabir Çopuroğlu 1989-cu ildə Bakıya gəlir. Burada onun həyatında yeni səhifə açılır: "Neftdən boya kimi istifadə edib nəsə çəkmək, xəyalımda canlanan ideyaları reallaşdırmaq istəyirdim. Günlərin birində neft buruqlarının yanına getdim. Gölməçələrdə yığılıb qalan neftdən bir az özümlə evə gətirdim. Bu, neft texnikası ilə tablo çəkmək istiqamətində başlanğıc oldu. Tədricən işlənmə texnikasını təkmilləşdirdim və bu istiqamətdə yaradıcılığı davam etdirdim”.
   Rəssam əsərlərini əlləri və dırnaqları ilə çəkir. Boya kimi istifadə etdiyi isə tək neft deyil. Neftlə qarışıqdan aldığı boya məhsulunu da özü hazırlayıb. Hazırladığı boya maddəsi Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən patentə layiq görülüb.
   
   "Tarixi mövzularda rəsmlərə daha çox üstünlük verirəm”
   
   Əsərlərinin mövzu dairəsi rəngarəng olsa da, daha çox tarixi mövzulara üstünlük verir. 600-dən artıq tablonun müəllifi olan rəssam ölkəmizin dünyada tanıdılmasında xüsusi rolu olan neftdən istifadə etməklə həm də Azərbaycan həqiqətlərini tanıdır dünyaya. Əsərlərində Qarabağ mövzusu, Azərbaycanın yeni tarixi xüsusi yer tutur. Bakını çox sevir. Şəhərin tarixi keçmişi, bugünü ilə bağlı Abşeron silsiləsindən olan əsərlər yaradıb.
   Söhbət zamanı neftlə çəkilmiş rəsmin adi rənglərlə çəkilmiş rəsmlərdən nə ilə fərqləndiyini soruşuram. ”Rəngli boyalarda hər cür rəng var, amma neft belədir ki, o bir rəngdədir. Ancaq bizə elə gəlir ki, neftdə bir rəng var, əslində isə neftin bir neçə rəngi, çaları var, sadəcə olaraq onları almaq lazımdır. Əsas odur ki, iş yaxşı olsun, rəng rəssamlıqda elə də böyük rol oynamır”.
   2006-cı ildə Sabir Çopuroğlu neftlə çəkdiyi rəsmlərə görə Almaniyaya dəvət olunur. "İncəsənətdə sülh" II Beynəlxalq Simpoziumda Azərbaycanı uğurla təmsil edən istedadlı rəsam 16 dövlətin 32 nümayəndəsi arasında birinci yeri tutur. Ayrı-ayrı ölkələrdə keçirilən sərgilərdə mükafatlara layiq görülüb. Daim yeni-yeni yaradıcılıq axtarışlarında olan rəssam yaxın gələcəkdə Almaniyada, Qazaxıstanda, Fransada, Birləşmiş Ərəb Əmirliklərində fərdi sərgilərinin təşkilini də planlaşdırır.
   
   Neftlə çəkilən rəsmlərə daha çox əcnəbilər maraq göstərir
   
   Sabir Çopuroğlunun yaradıcılığında, onun hər bir əsərində Azərbaycanın keçmişi, tarixi, mədəniyyəti əks olunur. Bu gün fəxrlə demək olar ki, neftlə rəsm çəkən yeganə sənətkar olan Sabir Çopuroğlunun əsərləri bütün dünyada qəbul olunur. Sənətkarın əl işlərinə daha çox əcnəbilər maraq göstərir. Sərgilərinin təşkilatçıları, onu tanıdanlar əsasən əcnəbilərdir. Amma fərqli yaradıcılığa malik istedadlı rəssam Sabir Çopuroğlu həmişə azərbaycanlı olmağı ilə, Azərbaycanı, onun neft səltənətini dünyada öz fərqli üslubu ilə tanıtmağı ilə fəxr edir. Sənətkar bu gün də yaradıcılıq axtarışındadır. Daima işləmə texnikasını zənginləşdirən rəssam öz məktəbini yaratmaqdadır. Təsviri-incəsənət ixtisası üzrə təhsil alan övladını da bu yolda yetişdirir - sənətinin, neft texnikası ilə işləmə məktəbinin davamçısı kimi...
   
   Ceyhun Zərbəliyev

Просмотров: 314 | Добавил: Elvin | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1  
sabir bey .taniyiram onu.qohumuzdur.oglu da ressamliqla meshgul olur

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Facebook


MƏNDƏ VARAM


TIKLA


MUSIC

TƏQVİM
«  May 2010  »
B.ertÇ.axşÇ.C.axşC.Ş.B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Elvin Qemerlinskiy proyekti © 2016Бесплатный конструктор сайтов - uCoz