İçəri Şəhərdə nadir muzey eksponatlarından ibarət sərgi olacaq - 9 Мая 2010 - ADRA
Çərşənbə, 07.12.2016, 22:22          
Вы вошли какГость | Группа "Qonaq"Приветствую ВасГость| RSSГлавная | Мой профиль | Регистрация | Выход | Вход
MENU

GİRİŞ

SƏS VERMƏ
Neçenci kurssan ?
Всего ответов: 123

STATİSTİKA
статистика
Onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Главная » 2010 » May » 9 » İçəri Şəhərdə nadir muzey eksponatlarından ibarət sərgi olacaq
11:47
İçəri Şəhərdə nadir muzey eksponatlarından ibarət sərgi olacaq
Şirvanşahlar Saray Kompleksi" Dövlət Tarix-Memarlıq Qoruq-Muzeyinin fond materiallarından incilər" adlı daimi sərginin açılışı olacaq.

Sərgi mayın 10-da - Heydər Əliyevin ildönümü günündə, eyni zamanda mayın 18-də – Beynəlxalq muzeylər günü ərəfəsində keçiriləcək. Sərginin yüksək səviyyədə keçirilməsi üçün Qoruq İdarəsi tərəfindən Şirvanşahlar sarayında abadlaşdırma işləri, o cümlədən işıqlandırma sisteminin yenidənqurması, eksponatların nümayişi həyata keçirilən otaqlarda kamera-nəzarət sisteminin təşkili işləri görülüb.

Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumatlara görə, sərgidə arxeoloji qazıntılar nəticəsində tapılmış əşyalar, qədim xalça və xalçaçılıq məmulatları, etnoqrafik nümunələr, metal məmulatları, rəsmlər, sikkələr nümayiş olunacaq. Əksəriyyəti ilk dəfə nümayiş olunacaq eksponatlar "Şirvanşahlar Saray Kompleksi" Dövlət Tarix-Memarlıq Qoruq-Muzeyi fondunun nadir və qiymətli nümunələrindən ibarətdir. Sərginin açılışı "İrs" musiqi ansamblının müşayiəti ilə baş tutacaq və sonda tədbir iştirakçıları ansamblın ifasında muğam dinləyəcəklər.

Qeyd edək ki, sərgi günlərində muzeyə giriş pulsuz olacaq.
Просмотров: 210 | Добавил: Elvin | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Facebook


MƏNDƏ VARAM


TIKLA


MUSIC

TƏQVİM
«  May 2010  »
B.ertÇ.axşÇ.C.axşC.Ş.B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Elvin Qemerlinskiy proyekti © 2016Бесплатный конструктор сайтов - uCoz