“Dahilərə ithaf” adlı sərgi açıldı - 8 Мая 2010 - ADRA
Çərşənbə, 07.12.2016, 22:24          
Вы вошли какГость | Группа "Qonaq"Приветствую ВасГость| RSSГлавная | Мой профиль | Регистрация | Выход | Вход
MENU

GİRİŞ

SƏS VERMƏ
Neçenci kurssan ?
Всего ответов: 123

STATİSTİKA
статистика
Onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Главная » 2010 » May » 8 » “Dahilərə ithaf” adlı sərgi açıldı
15:39
“Dahilərə ithaf” adlı sərgi açıldı

   
 

Mədəniyyət və Turizm Nazirliyi, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə mayın 7-də Eldar Mikayılzadənin "Dahilərə ithaf” adlı sərginin açılışı olub.

Məlumatlara görə, tədbirdə Tahir Salahov, Ömər Eldarov və digər tanınmış rəssamlar, sənət adamları iştirak edib.


Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Eldar Mikayılzadənin əsərlərini müasir xalça sənətinin ən gözəl nümunələri kimi dəyərləndirib: "Eldar Mikayılzadə öz yaradıcılığı ilə Azərbaycan xalçaçılığının timsalında tarix boyu rəmzlərlə və dekorativ stilizə ilə məşhur olan xalçaçılığa fəlsəfi düşüncə gətirdi. Burada sərgilənə əsərlər sırasında ulu öndərlə bağlı əsərlər də yer alıb. Heydər Əliyev və Zərifə Əliyevanın təsvir olunduğu tabloda iki ruhun qovuşması ön plana çəkilir. Heydər Əliyevin portreti olan xalçada Azərbaycanın hər bölgəsindən bir dağ və tarixi abidənin təsviri verilib”.


Tahir Salahov bu sərginin açılışında iştirak etdiyi üçün çox şad olduğunu bildirib: "Bizim emalatxanalarımız da yaxında yerləşir. Eldar çox istedadlı rəssamdır. Mənim də "Dədə Qorqud” əsərimi xalçaya köçürüb”.


Sənətşünas Ziyadxan Əliyev rəssamın yaradıcılıq məziyyətlərindən söhbət açıb. Qeyd edib ki, Eldar Mikayılzadənin əsərləri dünyanın ən məşhur muzeylərində sərgilənib: "Bu sərgidə 7 xalça nümayiş olunur. Amma istərdim bundan da çox olsun. Mənim fikrimcə, Eldar Hüseynzadə özü deməməlidir ki, mənim xalçamı alım”.


Sonda Eldar Mikayılzadə sərgi təşkilatçılarına öz təşəkkürünü bildirib: "Sənət müştərəkdir. Yalnız müəllifə yox, həm də xalqa məxsusdur. Mən xalqımdan razıyam”.


Qeyd edək ki, Eldar Mikayılzadə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini və İncəsənət İnstitutunu bitirib. 1984-cü ildən xalçaçı-rəssam kimi fəaliyyətə başlayıb. Müxtəlif illərdə London, Paris, İstanbul və Brüsseldə fərdi sərgiləri keçirilib. Frakfurtda keçirilən sərgidə "Yaranış” xalçası qızıl medala layiq görülüb. Əsərləri Rusiya, Böyük Britaniya, Fransa, Türkiyə, Səudiyyə Ərəbistanı və Küveytdə şəxsi kolleksiyalarda saxlanılır.
Просмотров: 341 | Добавил: Elvin | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Facebook


MƏNDƏ VARAM


TIKLA


MUSIC

TƏQVİM
«  May 2010  »
B.ertÇ.axşÇ.C.axşC.Ş.B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Elvin Qemerlinskiy proyekti © 2016Бесплатный конструктор сайтов - uCoz