STATİSTİKA |
Onlayn: 1 Qonaqlar: 1 İstifadəçilər: 0 |
|
Главная » 2010 » May » 19 » Beynəlxalq Muzeylər Günü geniş tədbirlərlə qeyd olundu
14:12 Beynəlxalq Muzeylər Günü geniş tədbirlərlə qeyd olundu |
18 may - Beynəlxalq Muzeylər
Günü, hər il olduğu kimi, bu il də Azərbaycanda müxtəlif tədbirlərlə
yadda qaldı. Həmin gün respublikanın bütün muzeylərində «Açıq qapı» günü
elan olunmuşdu.
Beynəlxalq Muzeylər Gününün təntənəli
açılış mərasimi Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi
Sənəti Dövlət Muzeyində keçirildi. «Üzeyir dünyası muzeylərdə» adlı
tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda
Məmmədəliyeva bildirdi ki, son illər Azərbaycanda muzey işinə diqqət
artıb: «Son dörd il ərzində ölkədə 34 yeni muzey yaradılıb,
ekspozisiyaları təzələnib. Bununla yanaşı, muzeylərimizin beynəlxalq
əlaqələri də genişlənib. Son dörd ildə dövlət başçısı tərəfindən
muzeylərlə bağlı 7 sərəncam imzalanıb ki, bu da prezidentin bu sahəyə
göstərdiyi diqqət və qayğının bariz nümunəsidir». Nazir müavini
Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban
Əliyevanın muzeylərimizin inkişafı sahəsində göstərdiyi çoxşaxəli
fəaliyyəti xüsusi qeyd etdi. S. Məmmədəliyeva vurğuladı ki, son illər
muzeylərimiz mədəni, tərbiyəvi mərkəz rolunu daha aktiv oynayırlar. Xalq
rəssamı Ömər Eldarov öz çıxışında Beynəlxalq Muzeylər Günü münasibətilə
sərgidə nümayiş etdirilən "Qobelenlər»dən bəhs etdi. O, bildirdi ki,
qobelenlər öz ənənəvi formasından bir qədər uzaqlaşaraq müasirləşib.
Rəssamlar İttifaqının dekorativ-tətbiqi sənət şöbəsinin müdiri Ənvər
Qarayev də Beynəlxalq Muzeylər Günündə peşəkar və gənc rəssamların əl
işlərindən ibarət sərginin əhəmiyyətindən danışdı. Sonra sərgiyə
baxış keçirildi. İki hissədən ibarət tədbirin birinci hissəsində
məhəbbət mövzusunda xalçalardan ibarət sərgi təşkil olunmuşdu. Sərgidə
XIX əsr Qarabağ qrupuna aid "Leyli və Məcnun”, Eldar Mikayılzadənin
"Şəbi-hicran” seriyalı xalçaları nümayiş etdirilirdi, "Nizami obrazları
xalçalarda” mövzusunda slayd-şounun təqdimatı xüsusi maraq doğururdu. Tədbirlər
silsiləsinin ikinci hissəsində "Qobelenlər - dünən, bu gün” mövzusunda
peşəkar və gənc rəssamların əl işlərindən ibarət sərgi nümayiş olundu.
Bu əsərlərdə ilmələrdən süzülmüş musiqi və rəng ahəngini aydın şəkildə
duymaq olar. Modelyer Minarə Quliyevanın təqdimatında milli geyimlərdə
və libaslarda xalça interpretasiyası təqdim olundu. Daha sonra
dahi bəstəkarın "Arşın mal alan” operettasından və "Leyli və Məcnun”
operasından qızların xoru, "Səni tərənnüm edirəm, Azərbaycanım” - xalq
və müəllif mahnıları muzeyin vokal qrupunun ifasında səsləndi. Uşaqlara
həsr olunmuş bölümdə Muzeyin Uşaq Teatrının ilk tamaşası - "Tıq-tıq
xanım” yeni quruluşda Bülbül adına orta ixtisas musiqi məktəbinin və 7
saylı orta məktəbin şagirdlərinin ifasında təqdim olundu. Bundan başqa,
müxtəlif əyləncəli oyunlar, "Öz xalçanı yarat”, "Kəndirdartma” yarışları
keçirildi, "Azərbaycan musiqi ritmləri” instrumental ansamblının
ifasında musiqilər səsləndirildi. Tədbir axşama qədər davam etdi. Azərbaycanda
Beynəlxalq Muzeylər Gününün builki mövzusu dahi bəstəkar Üzeyir
Hacıbəyliyə həsr olunub. Bu il Ü.Hacıbəylinin 125 illik yubileyi
respublikamızda yüksək səviyyədə qeyd edilir. Qeyd edək ki,
Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi, Azərbaycan
Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan
Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Qobustan
Milli Tarix Bədii Qoruğu, Üzeyir Hacıbəylinin ev-muzeyi, Səməd Vurğunun
ev-muzeyi, Məmməd Səid Ordubadinin xatirə muzeyi, Cəlil
Məmmədquluzadənin ev-muzeyi, Leopold və Mstislav Rostropoviçlərin
ev-muzeyinin təşkilatçılğı ilə də "Üzeyir dünyası muzeylərdə” adlı
silsilə tədbirlər keçirilib.
|
Просмотров: 2809 |
Добавил: Elvin
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|
|
Facebook |
|
|