Cümə axşamı, 25.04.2024, 17:37          
Вы вошли какГость | Группа "Qonaq"Приветствую ВасГость| RSSГлавная | Мой профиль | Регистрация | Выход | Вход
MENU

GİRİŞ

SƏS VERMƏ
Neçenci kurssan ?
Всего ответов: 125

STATİSTİKA
статистика
Onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Главная » 2010 » May » 8 » “Azərbaycanın incisi Şuşa” adlı tədbir keçirilib
15:47
“Azərbaycanın incisi Şuşa” adlı tədbir keçirilib
Bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Şuşa şəhərinin erməni təcavüzkarları tərəfindən işğal olunmasının 18-ci ildönümünə həsr olunan "Azərbaycanın incisi Şuşa” adlı tədbir keçirilib. Məlumatlara görə, tədbirin keçirilməsində əsas məqsəd, gələcəyimizin təmsilçiləri böyüməkdə olan nəslə, tariximizə qanlı hərflərlə yazılan Şuşa şəhərinin zəbt edilməsi haqqında məlumatları çatdırmaq, erməni işğalçılarının xalqımızın mədəni sərvətlərinə vurduğu ciddi ziyanlardan bəhs etməkdir.

Azərbaycan dövlətinin yeritdiyi düzgün siyasət nəticəsində, iqtisadiyatımızın güclü inkişafı və dünya dövlətləri arasında ölkəmizin nüfuzunun günbəgün artması, tezliklə bütün Qarabağ torpağının azad olunacağına sübutdur.

Tədbir iştirakçıları ilk öncə Şuşa şəhidlərinin ruhunu 1 dəqiqəlik sükutla yad edilib. Sonra Şuşa şəhərinin tarixi və görkəmli şəxsiyyətləri barədə məlumatlandırılıb. Həmçinin hazırda qaçqın həyatı yaşamasına baxmayaraq, özünəməxsus ənənələri olan Şuşa xalça sənətini davam etdirən insanlarla görüş təşkil olunub.

Respublika Uşaq Təşkilatının Yasamal rayon şöbəsinin 24 saylı Uşaq və Gənclər yaradıcılıq məktəbinin şagirdləri Şuşaya həsr olunan şeirlər söyləyib, qələbə çalmaq uğrunda hər kəsi mətinli olmağa səsləyiblər.

Şuşa şəhərində vaxtı ilə fəaliyyət göstərən Azərbaycan Xalçası və Tətbiqi Sənət Dövlət Muzeyinin filialı haqqında da tamaşaçılara məlumat verilib.

Tədbir muzeyin Qarabağ zalında keçirildiyindən Qarabağ xalçalarının təbliği məqsədi ilə qısa fasilələrlə muzey əməkdaşları ekskursiyalar aparıb və Qarabağ haqqında foto stendlə tanış olub.
Просмотров: 2714 | Добавил: Elvin | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Facebook


MƏNDƏ VARAM


TIKLA


MUSIC

TƏQVİM
«  May 2010  »
B.ertÇ.axşÇ.C.axşC.Ş.B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Elvin Qemerlinskiy proyekti © 2024Бесплатный конструктор сайтов - uCoz