Cümə axşamı, 25.04.2024, 13:47          
Вы вошли какГость | Группа "Qonaq"Приветствую ВасГость| RSSГлавная | Мой профиль | Регистрация | Выход | Вход
MENU

GİRİŞ

SƏS VERMƏ
Neçenci kurssan ?
Всего ответов: 125

STATİSTİKA
статистика
Onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Главная » 2010 » Aprel » 28 » Azərbaycan təbiəti - bənzərsiz rənglər aləmi
18:07
Azərbaycan təbiəti - bənzərsiz rənglər aləmi
    "Dağ çayı”nın coşub çağladığı, "Külək”lərinin tüğyan etdiyi, "Muğan söyüdləri”nin baş-başa verdiyi, "Yaz çiçəkləri”nin "Laləli düzlər”də "Yaşıl xalı” sərdiyi, "Sərv ağacları”nın həzin bir sükuta büründüyü Vətənimiz gözəldir. "Xəzər üzərində axşam şəfəqləri”, "Kür üzərində qürub” görünəndə, "Mavi qayalar”, ”Qırmızı dağlar” könül oxşayanda bu gözəlliklər sirli möcüzəyə dönür. Bu gözəlliyi görmək, duymaq üçünsə rəssam gözü ilə baxmaq lazımdır.

   
   Xalq rəssamı Səttar Bəhlulzadənin əsərləri Azərbaycanın gözəlliklərinin kətan üzərində ecazkar əksidir. Dahi fırça ustası Azərbaycan təbiətinə, onun dilbər guşələrinin gözəlliyinə həsr edilmiş yüzlərlə əsərlər çəkib. S.Bəhlulzadənin mənzərələrində Azərbaycan təbiətinin zəngin məzmunlu, əsl poetik obrazını görmək mümkündür. Rəssam yaratdığı tablolarda təbiətin coşqun sevincini, güllü baharını və həzin xəzan günlərini dərin bir həssaslıqla əks etdirib. Bu mənzərə motivlərindəki böyük gözəllik, incə şeriyyət qəlbləri ovsunlayır. Rəssam Azərbaycanı qarış-qarış gəzərək yurdumuzun təbiətini, zəhmətkeş və sadə insanlarını böyük bir istedadla tablolara köçürüb.
   
   Göygöl mənzərələri
   
   Vətənimizin təkrarsız mənzərələri Xalq rəssamı Hüseyn Əliyevi də daim düşündürən, yaradıcılığına ilham verən mövzular olub. Onun əsərlərində Azərbaycan təbiətinin gözəlliyi ilə insanının vüqarı, mənəviyyatı, ən müqəddəs hissləri bir-biri ilə vəhdət təşkil edərək rəssamın poetik duyğularının tərənnümünə çevrilir. Rəssamın rəngli boya ilə yaratdığı təbiət təsvirləri seyrçidə sənət çiçəklərindən hörülmüş çələng ovqatı yaradır.
   Rəssam 1973-cü ildə Göygöldə olarkən çəkdiyi lövhələrdə təbiətin bu nadir incisinin gözəlliyini rənglərin dilinə çox ustalıqla çevirib. Rəssamın "Göygöl mənzərələri” silsiləsindən olan tablolarında təbiətin gözəllikləri ilə yanaşı, insan əməyi bərəkətli torpağa, enişli-yoxuşlu dağ yollarına, yaşıl meşələrə həkk olunub. Rəssam Göygölün mavi sularını, Kəpəz dağının füsunkarlığını ustalıqla kətana naxışlayıb.
   Azərbaycan təbiətinin gözəlliklərindən vəcdə gələn rəssam "Möcüzə məndə deyil, təbiətdədir. Kətanlarda biz onun mində birini ancaq təsvir edə bilirik. Azərbaycan təbiəti bitməyən, tükənməyən rənglər aləmidir. Hər rəngin də öz hüsnü var. Əgər biz rəssamlar bu gözəlliyi yetərincə duyaraq fırçamız vasitəsilə ünsiyyətini tapa bilsək, xarüqələr yaradarıq", - deyə bildirirdi.
   Vətəninin hər qarışını böyük məhəbbətlə öz duyğularından, təxəyyülündən yaradıcılıqla keçirən görkəmli rəssamın "Zəngəzur dağları", "Zəngəzur mənzərəsi", "Şəki şəlaləsi", "Urud qalası", "Meşədə qış", "Payız", "Qürub çağı", "İlanlı dağ" kimi əsərləri dərin müşahidə və incə zövqün, fitri istedadın məhsulu idi.
   Ölkəmizin füsunkar gözəlliyi Bəhruz Kəngərli, Mikayıl Abdullayev, Tahir Salahov, Toğrul Nərimanbəyov və digər dünya şöhrətli rəssamlarımızın da yaradıcılığında geniş əks olunub. Böyük sənətkarlar incə təsvirləri ilə insanlarda yurdumuzun gözəlliklərinə qarşı böyük məhəbbət hissi yaratmağa nail olublar.
   Bu əsərlərin hər birini seyr edən tamaşaçı Azərbaycan torpağının al-əlvan təbiəti, sadə, istedadlı və qonaqpərvər insanları ilə yaxından tanış ola, rənglərin qüdrəti ilə tablolarda əks olunan möcüzəli simfoniyaların, milli musiqimizin, adət-ənənələrimizin, duyğu və düşüncələrimizin sədasını eşidə bilər.

Просмотров: 3451 | Добавил: Elvin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Facebook


MƏNDƏ VARAM


TIKLA


MUSIC

TƏQVİM
«  Aprel 2010  »
B.ertÇ.axşÇ.C.axşC.Ş.B.
   1234
567891011
12131415161718
19202122232425
2627282930

Elvin Qemerlinskiy proyekti © 2024Бесплатный конструктор сайтов - uCoz