Cümə axşamı, 18.04.2024, 12:48          
Вы вошли какГость | Группа "Qonaq"Приветствую ВасГость| RSSГлавная | Мой профиль | Регистрация | Выход | Вход
MENU

GİRİŞ

SƏS VERMƏ
Neçenci kurssan ?
Всего ответов: 125

STATİSTİKA
статистика
Onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Главная » 2010 » May » 13 » “Azərbaybaycan İncəsənəti” ensiklopedik uşaq kitabının I cildinin təqdimatı keçiriləcək
20:29
“Azərbaybaycan İncəsənəti” ensiklopedik uşaq kitabının I cildinin təqdimatı keçiriləcək
Mayın 14-də Azərbaycan Dövlət İncəsənət Muzeyində "Azərbaybaycan İncəsənəti” uşaqlar üçün ensiklopedik məlumat kitabının I cildinin təqdimat mərasimi keçiriləcək.Son məlumatlara görə, kitab Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən həyata keçirilən "Vətənimizi öyrənək” layihəsi çərçivəsində işıq üzü görüb.

Kitabda qədim tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan incsənətinin təsviri sənəti, dekorativ tətbiqi sənəti və memarlığı haqqında məlumatlar öz əksini tapıb. Uşaqlar üçün ensiklopediya xarakteri daşıyan bu kitabda adları Azərbaycan incəsənəti tarixinə həkk olunan görkəmli sənətkarlar, özünəməxsus bədii məziyyətə malik dünya şöhrətli sənətkarlıq nümunələri haqqında yığcam məlumat verilir.

Kitabda incəsənətimizin tarixinə qızıl hərflərlə yazılan sənət inciləri və onların müəllifləri barəsində kifayət qədər sadə və uşaq dili ilə söhbət açılıb. Materiallar əsasən incəsənətin rəngkarlıq, qrafika, heykəltaraşlıq, dekorativ-tətbiqi sənət və memarlıq sahələrini əhatə edir. Kitaba ilk dəfə olaraq gənclər və uşaq yaradıcılığına həsr olunan ayrıca bölmələr daxil edilib. Kitaba daxil edilən rəngli təsvir materialları isə yazılanların əyani və dolğun qavranılmasına kömək edir. Bu səpgili çap məhsulunun ölkəmizdə uşaqlar üçün hazırlanmadığını nəzərə alsaq, kitabın əhəmiyyətini bir daha görmək mümkündür.

Məlumat üçün bildirək ki, kitab 2500 tirajla buraxılıb. Kitabın Bakıda və regionlarda olan kitabxanalara və məktəblərə pulsuz olaraq paylanması nəzərdə tutulub. Kitabın tərtibçiləri Azərbaycanın əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və gənc sənətşünas Aslan Xəlilovdur.

Qeyd edək ki, yaxın gələcəkdə kitabın II və III cildləri də hazırlanaraq nəşr olunacaq və geniş oxucu kütləsinə təqdim ediləcək.
Просмотров: 2741 | Добавил: Elvin | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Facebook


MƏNDƏ VARAM


TIKLA


MUSIC

TƏQVİM
«  May 2010  »
B.ertÇ.axşÇ.C.axşC.Ş.B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Elvin Qemerlinskiy proyekti © 2024Бесплатный конструктор сайтов - uCoz