Çərşənbə, 24.04.2024, 09:47          
Вы вошли какГость | Группа "Qonaq"Приветствую ВасГость| RSSГлавная | Мой профиль | Регистрация | Выход | Вход
MENU

GİRİŞ

SƏS VERMƏ
Neçenci kurssan ?
Всего ответов: 125

STATİSTİKA
статистика
Onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Главная » Arxiv xəbərlər

 
 

Vəcihə Səmədova adına Sərgi Salonunda Əzim Əzimzadənin 130 illiyinə həsr olunan "Molla Nəsrəddin-Azərbaycan” III beynəlxalq karikatura müsabiqəsinin yekunlarına həsr olunan sərgi və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Məlumatlara görə, Karikatura Birliyinin sədri Bayram Hacızadənin, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun və tanınmış incəsənət xadimlərinin iştirak etdiyi mükafat mərasimdə çıxış edənlər müsabiqəni Azərbaycanın mədəni həyatında və dünya karikatura aləmində mühüm hadisə kimi qiymətləndirərək, belə layihələrin davamlı olaraq həyata keçirilməsinin vacib olduğunu vurğulayıblar.

Sonr ... Davamını oxumaq
Прикрепления:
Категория: | Просмотров: 2630 | Добавил: Elvin | Дата: 01.05.2010 | Комментарии (0)


 Muzey Mərkəzi son illər ənənə halını almış mövsümi sərgiləri davam etdirir. Bu dəfə tamaşaçılara "Baharın fəlsəfəsi” adlı sərgi təqdim olunub. Sərgidə 50-dək rəssamın 150-dən çox rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ-tədbiqi sənət əsərləri nümayiş olunur. Əsərlər mövzu baxımından bir neçə qrupa bölünüb. Birinci zalda tamaşaçıları ölkəmizin müasir incəsənət üzrə daha çox tanınmış ustalarının əsərləri, ikinci zalda xalqımızın ən sevimli bayramı olan Novruzun nikbin rənglərini əks etdirən əsərlər təqdim edilir.    

    Namiq Məmmədovun kətandan, yağlı boyadan və kollajın çətin texnikasından istifadə edərək çəkdiyi "Sevənlər” və "Qaçan qadınlar” əsərləri, Eldar Babazadənin "Külək” əsəri diqqəti cəlb edir. Həyat və bahar rəngi olan qırmızı rə ... Davamını oxumaq

Прикрепления:
Категория: | Просмотров: 2613 | Добавил: Esra | Дата: 30.04.2010 | Комментарии (0)


   Aprelin 29-da Tofiq İsmayılov adına Uşaq və Gənclər Mədəniyyət Sarayının "Uşaq Dünyası” qalereyasında Ülkər Zeynalovanın "Ülkərin ürək dünyası” adlı rəsm və əl işləri sərgisi keçirildi. "Uşaq dünyası” rəsm qalereyasında keçirilən sərgi Mədəniyyət və Turizm Nazirliyi, Əlillərin «Zaur» Xeyriyyə Cəmiyyəti və Tofiq İsmayılov adına Uşaq və Gənclər Mədəniyyət Sarayı tərəfindən təşkil olunmuşdu. Sərgidə Ülkərin daxili aləmini əks etdirən rəsmlər yer alıb.
   Ülkər Zeynalova 1981-ci ildə Bakıda dünyaya gəlib. Ülkər 219 saylı orta məktəbi bitirib. Orta məktəbdə oxumaqla yanaşı, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik mərkəzində rəsm üzrə məşğələlərdə iştirak edib. 2001-ci ildə 12 saylı Bakı Peşə Liseyinə daxil olub və bədii tərtibat işlərinin icraçı ... Davamını oxumaq
Прикрепления:
Категория: | Просмотров: 2944 | Добавил: Esra | Дата: 30.04.2010 | Комментарии (0)


   Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin 5 yaşı tamam olur
  
 
   Yüz dörd il əvvəl oxucularına "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!” deyə müraciət edən "Molla Nəsrəddin» (Cəlil Məmmədquluzadə) xalqının təzadlı yaşantılarına, əhatələndiyi gerçəkliyə o dövr üçün yeni olan satirik "bədii güzgü” tutmaqla millətlər arasında imzasının görünməsinə haqqının çatdığını müasirlərinə izah etmək istəyirdi.    

    1906-cı ildən işıq üzü görməyə başlayan jurnalda millətin dərdi nə qədər sözlə ifadə olunurdusa, deyilənlər oxuculara bir o qədər də rən ... Davamını oxumaq

Прикрепления:
Категория: | Просмотров: 2392 | Добавил: Elvin | Дата: 28.04.2010 | Комментарии (1)


    "Dağ çayı”nın coşub çağladığı, "Külək”lərinin tüğyan etdiyi, "Muğan söyüdləri”nin baş-başa verdiyi, "Yaz çiçəkləri”nin "Laləli düzlər”də "Yaşıl xalı” sərdiyi, "Sərv ağacları”nın həzin bir sükuta büründüyü Vətənimiz gözəldir. "Xəzər üzərində axşam şəfəqləri”, "Kür üzərində qürub” görünəndə, "Mavi qayalar”, ”Qırmızı dağlar” könül oxşayanda bu gözəlliklər sirli möcüzəyə dönür. Bu gözəlliyi görmək, duymaq üçünsə rəssam gözü ilə baxmaq lazımdır.

   
  &n ... Davamını oxumaq

Прикрепления:
Категория: | Просмотров: 3449 | Добавил: Elvin | Дата: 28.04.2010 | Комментарии (0)



Bu gun (26 aprel) saat 18:00da Muzey mərkəzinin sərgi qalereyasında sərgi açılışı keçirilmişdir. Sərgi 3 gün davam edəcək. Burada 100-dən artıq rəngkarliq,qrafika,heykəltaraşlıq,tədbiqi sənətə aid əsərlər nümayiş olunur. Bahar fəlsəfəsində cavan rəssamlardan tutmuş Mirnadir Zeynalov,Eldar Qurbanov ,İsa Məmmədov,Şamo Abbasov,Vüqar Muradov,Fuad Qafarov və s.kimi tanınmış rəssamlar iştirak edir.
Прикрепления:
Категория: | Просмотров: 2474 | Добавил: Elvin | Дата: 26.04.2010 | Комментарии (0)


Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində universitetin regionşünaslıq kafedrasının assistenti, həvəskar rəssam Aybəniz Zeynalovanın qrafik əsərlərindən ibarət ilk fərdi sərgisi açılıb. Sərginin açılışında iştirak edən ADU-nun rektoru Səməd Seyidov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, akademik Vasim Məmmədəliyev, Milli Məclisin deputatları Novruz Aslanov, Fərrux Zeynalov gənc rəssamın əsərlərinin məziyyətlərindən, peşəkarlıq xüsusiyyətlərindən danışıblar.
Qeyd edək ki, A.Zeynalovanın rəsmləri respublikada keçirilən müxtəlif sərgilərdə nümayiş olunub. Budəfəki fərdi sərgidə 20-dək qrafika əsəri təqdim olunub.
Прикрепления:
Категория: | Просмотров: 2554 | Добавил: Elvin | Дата: 25.04.2010 | Комментарии (0)



İmpressionistlərin 40 ildiki unudulmuş və bankda qorunub saxlanılan əsərlərini hərracda satişa qoyacaqlar. Bu əsərlərin içinə Derenin , Pikassonun və Sezanın əsərləri daxildir. 141 əsər 1939-cu ildə avto qəzada ölən Ambruaz Vollarda(Ambroise Vollard) məxsus idi. Onun ölümundən sonra bu əsərləri onun köməkçisi olan Erix Şlomoviç (Erich Slomovic) , Societe Generale bankına qorunub saxlanmasina verib. 1942-ci ildə isə nasistlər tərəfindən öldürülüb. Bu xəzinə isə bankda 1979-cu ildə üzə çıxıb. Əsərlər 22 və 29 iyun Parijdə və Londonda satışa qoyulacaqlar. Hərracın Top-lotu isə yuxarıda göstərilən Andre Derenin "Kolyurda ağaclar"əsəri sayılır. Onun dəyəri 13,9 - 21,6 milyon dollardi.
Прикрепления:
Категория: | Просмотров: 2785 | Добавил: Elvin | Дата: 25.04.2010 | Комментарии (0)


Tədqiqatçılar onun anasının Azərbaycandan olduğunu iddia edir
İntibah dövrünün dahilərindən biri olan məşhur rəssam Leonardo Da Vinçi sən demə, azərbaycanlı imiş.

Deyilənə görə, rəssamın müsəlman anasının vətəni Cənubi Qafqaz dağları və Xəzər dənizi arasında yerləşən Azərbaycandır. Bu barədə ötən gün Kanadanın "National Library and Archives”-də Azərbaycan və Türkiyə səfirliklərinin birgə təşkil etdikləri mühazirə zamanı məlumat verilib.

Da Vinçini tədqiqatı ilə məşğul olan tədqiqatçı Louis Buff Parry mühazirə zamanı olduqca maraqlı faktların üstünü açıb. Onun sözlərinə görə, rəssamın barmaq izi üzərində aparılan tədqiqat zamanı onun anasının İtaliyaya qul kimi aparıldığı məlum olub.

Da Vinçinin anası "Katerina" adlı sadə kəndli qadın olub. Bu ad həmin dövrdə Asiyadan gətirilən və Konstantinopolda (indiki ... Davamını oxumaq
Прикрепления: Картинка 1 ·Картинка 2
Категория: | Просмотров: 2423 | Добавил: Nickname | Дата: 19.12.2009 | Комментарии (0)


Bakı İncəsənət Mərkəzinin "Yeni Gallery” sərgi salonunda Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyi münasibəti ilə sərgilər açılacaq. Bakı İncəsənət Mərkəzinin direktoru Rəfael Gülməmmədlinin bizə verdiyi məlumata görə, sərgi 4-7 dekabr tarixlərində baş tutacaq. Qeyd edək ki, 2009-cu ili UNESCO Səttar Bəhlulzadə ili elan edib.
Прикрепления:
Категория: | Просмотров: 3039 | Добавил: Elvin | Дата: 26.11.2009 | Комментарии (0)

« 1 2 3 4 5 »
Facebook


MƏNDƏ VARAM


TIKLA


MUSIC

TƏQVİM
«  Aprel 2024  »
B.ertÇ.axşÇ.C.axşC.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
2930

Elvin Qemerlinskiy proyekti © 2024Бесплатный конструктор сайтов - uCoz