Cümə axşamı, 25.04.2024, 10:04          
Вы вошли какГость | Группа "Qonaq"Приветствую ВасГость| RSSГлавная | Мой профиль | Регистрация | Выход | Вход
MENU

GİRİŞ

SƏS VERMƏ
Neçenci kurssan ?
Всего ответов: 125

STATİSTİKA
статистика
Onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Главная » Arxiv xəbərlər


Mayın 14-də Litvanın paytaxtı Vilnüs şəhərində Azərbaycanın milli musiqisindən ibarət konsert proqramı reallaşacaq. Konsertdə iştirak edənlər Azərbaycanın milli musiqisi - muğamla yaxından tanış olmaq imkanı əldə edəcəklər. Konsert proqramında Abgül Mirzəliyev, Rəvanə Ərəbova, Ehtiram Hüseynov, Sahib Paşazadə, Toğrul Əsədullayev və Əlipaşa Talıbov çıxış edəcəklər.

Litvanın Azərbaycandakı səfiri Kudzmanas Kyastutisinin sözlərinə görə, bu konsert litvalı musiqisevərlər üçün Azərbaycanın milli musiqi ənənələrində özünəməxsus yer tutan muğamı dinləmək üçün nadir imkanlardan biridir. Məlumat üçün bildirək ki, konsertdə həmçinin, Qara Qarayevin "Leyli və Məcnun” (1947) və "Don Kixot” (1960) əsərləri Litva Milli Simfonik Orkestri tərəfindən dirijor Azad Əliyevin (Azərbaycan Televiziya və Radio Şirkətinin simfonik orkestrinin baş dirijoru) müşayətiylə ifa olunacaq.

Konsert Azərbaycanın Mədəniy ... Davamını oxumaq
Прикрепления:
Категория: | Просмотров: 2902 | Добавил: Elvin | Дата: 13.05.2010 | Комментарии (0)


Mayın 14-də Azərbaycan Dövlət İncəsənət Muzeyində "Azərbaybaycan İncəsənəti” uşaqlar üçün ensiklopedik məlumat kitabının I cildinin təqdimat mərasimi keçiriləcək.Son məlumatlara görə, kitab Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən həyata keçirilən "Vətənimizi öyrənək” layihəsi çərçivəsində işıq üzü görüb.

Kitabda qədim tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan incsənətinin təsviri sənəti, dekorativ tətbiqi sənəti və memarlığı haqqında məlumatlar öz əksini tapıb. Uşaqlar üçün ensiklopediya xarakteri daşıyan bu kitabda adları Azərbaycan incəsənəti tarixinə həkk olunan görkəmli sənətkarlar, özünəməxsus bədii məziyyətə malik dünya şöhrətli sənətkarlıq nümunələri haqqında yığcam məlumat verilir.

Kitabda incəsənətimizin tarixinə qızıl hərflərlə yazılan sənət inciləri və onların müəllifləri barəsində kifayət qədər sadə və uşaq dili ilə söhbət açılıb. Materiall ... Davamını oxumaq
Прикрепления:
Категория: | Просмотров: 2742 | Добавил: Elvin | Дата: 13.05.2010 | Комментарии (0)



Mayın 26-dan iyunun 2-dək Muzey Mərkəzində "Belarusiya bu gün” adlı fotosərgi keçiriləcək. Bu barədə SİA-ya Muzey Mərkəzinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, fotosərgi "Belarusiya-Azərbaycan dostluq və əməkdaşlıq cəmiyyəti”, Belarusiya Respiblikasının Azərbaycandakı səfirliyi və Belarusiya Teleqraf Agentliyinin təşkilatçılığı ilə baş tutacaq.

Məlumat üçün bildirək ki, sərgi Muzey Mərkəzinin "Sərgi Qalereyası” zalında reallaşacaq.
Прикрепления:
Категория: | Просмотров: 1291 | Добавил: Elvin | Дата: 11.05.2010 | Комментарии (0)


Şirvanşahlar Saray Kompleksi" Dövlət Tarix-Memarlıq Qoruq-Muzeyinin fond materiallarından incilər" adlı daimi sərginin açılışı olacaq.

Sərgi mayın 10-da - Heydər Əliyevin ildönümü günündə, eyni zamanda mayın 18-də – Beynəlxalq muzeylər günü ərəfəsində keçiriləcək. Sərginin yüksək səviyyədə keçirilməsi üçün Qoruq İdarəsi tərəfindən Şirvanşahlar sarayında abadlaşdırma işləri, o cümlədən işıqlandırma sisteminin yenidənqurması, eksponatların nümayişi həyata keçirilən otaqlarda kamera-nəzarət sisteminin təşkili işləri görülüb.

Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumatlara görə, sərgidə arxeoloji qazıntılar nəticəsində tapılmış əşyalar, qədim xalça və xalçaçılıq məmulatları, etnoqrafik nümunələr, metal məmulatları, rəsmlər, sikkələr nümayiş olunacaq. Əksəriyyəti ilk dəfə nümayiş olunacaq eksponatlar "Şirvanş ... Davamını oxumaq
Прикрепления:
Категория: | Просмотров: 2428 | Добавил: Elvin | Дата: 09.05.2010 | Комментарии (0)


Bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Şuşa şəhərinin erməni təcavüzkarları tərəfindən işğal olunmasının 18-ci ildönümünə həsr olunan "Azərbaycanın incisi Şuşa” adlı tədbir keçirilib. Məlumatlara görə, tədbirin keçirilməsində əsas məqsəd, gələcəyimizin təmsilçiləri böyüməkdə olan nəslə, tariximizə qanlı hərflərlə yazılan Şuşa şəhərinin zəbt edilməsi haqqında məlumatları çatdırmaq, erməni işğalçılarının xalqımızın mədəni sərvətlərinə vurduğu ciddi ziyanlardan bəhs etməkdir.

Azərbaycan dövlətinin yeritdiyi düzgün siyasət nəticəsində, iqtisadiyatımızın güclü inkişafı və dünya dövlətləri arasında ölkəmizin nüfuzunun günbəgün artması, tezliklə bütün Qarabağ torpağının azad olunacağına sübutdur.

Tədbir iştirakçıları ilk öncə Şuşa şəhidlərinin ruhunu 1 dəqiqəlik sükutla yad edilib. Sonra Şuşa şəhərinin tarixi və görkəmli şəxsiyyətləri barədə məlumatlandırılıb. Həm ... Davamını oxumaq
Прикрепления:
Категория: | Просмотров: 2713 | Добавил: Elvin | Дата: 08.05.2010 | Комментарии (0)



Mayın 12-də Bakıdakı Fransa Mədəniyyət Mərkəzində sərgi keçiriləcək. SİA-nın məlumatına görə, sərgi "Fransa - azərbaycanlıların gözü ilə” adlanır.

Sərgidə Fransaya səfər edən azərbaycanlıların foto reportajları nümayiş olunacaq. Foto əsərlərdə həmçinin Fransanın qədim tarixi abidələri öz əksini tapıb.
Прикрепления:
Категория: | Просмотров: 2690 | Добавил: Elvin | Дата: 08.05.2010 | Комментарии (0)



   
 

Mədəniyyət və Turizm Nazirliyi, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə mayın 7-də Eldar Mikayılzadənin "Dahilərə ithaf” adlı sərginin açılışı olub.

Məlumatlara görə, tədbirdə Tahir Salahov, Ömər Eldarov və digər tanınmış rəssamlar, sənət adamları iştirak edib.


Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Eldar Mikayılzadənin əsərlərini müasir xalça sənətinin ən gözəl nümunələri kimi dəyərləndirib: "Eldar Mikayılzadə öz yaradıcılığı ilə Azərbaycan xalçaçılığının timsalında tarix boyu rəmzlərlə və dekorativ stilizə ilə məşh ... Davamını oxumaq
Прикрепления:
Категория: | Просмотров: 2835 | Добавил: Elvin | Дата: 08.05.2010 | Комментарии (0)


   Eldar Qurban: "Çalışırıq ki, tamaşaçıların zövqünü oxşayaq”
   
   Teatr kollektiv fəaliyyət sahəsi, mütəşəkkil sənət növü olduğundan tamaşa üzərində çalışan yaradıcı heyətin hər bir üzvü öz işinin peşəkarı olmalıdı. Quruluşçu rejissor, aktyorlar, rəssam, bəstəkardan hansısa pyesin ruhunu duymasa, az-çox intellekti, müşahidə qabiliyyəti olan tamaşaçı çatışmazlığı dərhal sezəcək. Teatrla bağlı budəfəki həmsöhbətimiz Əməkdar rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü, «Yeni Era» Beynəlxalq Rəssamlıq Akademiyasının həqiqi üzvü Eldar Qurbandır.
   
   Sənətsevərlər onu həm də Ş.Qurbanov adına Musiqili Komediya Teatrının quruluşçu rəssamı kimi də tanıyırlar. E.Qurbanın şəxsiyyətind ... Davamını oxumaq

Прикрепления:
Категория: | Просмотров: 2662 | Добавил: Elvin | Дата: 07.05.2010 | Комментарии (0)


 
 

Yaxın zamanlarda İçərişəhərdə böyük rus aktyoru Yuri Nikulinə heykəl qoyulacaq.

Məlumata görə, bu barədə İçərişəhər Tarixi-Mədəniyyət Qoruğunun direktoru Mikayıl Cabbarov deyib.

Heykəl "Brilyant əl” filminin epizodlarından birinin çəkildiyi yerdə quraşdırılacaq. Söhbət Nikulinin qəhrəmanının sürüşərək yıxıldığı və "Lənət şeytana” dediyi yerdən gedir.

M.Cabbarov bildirib ki, heykəl "yıxılan Nikulin” formasında olacaq. Onun sözlərinə görə, bundan əvvəl Nikulinin deyil, filmin digər qəhrəmanını canlandıran Andrey Mironova heykəl qoyulması müzakirə olunurmuş. Amma son nəticədə birinci variant seçilib.

Bundan ... Davamını oxumaq
Прикрепления:
Категория: | Просмотров: 2800 | Добавил: Elvin | Дата: 05.05.2010 | Комментарии (0)



 

Mayın 4-də Muzey Mərkəzinin Sərgi Qalereyasında tanınmış və istedadlı fırça ustası, əməkdar rəssam Ənvər Əsgərovun 70 illik yubileyi münasibətilə fərdi sərgisi açıldı.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, ekspozisiyada rəssamın son illərdə yaratdığı yeni, indiyədək geniş tamaşaçılara təqdim olunmamış əsərləri nümayiş olunacaq. Bu sərgi sanki rəssamın tamaşaçılar qarşısında yaradıcılıq hesabatıdır. Sərgi mayın 10-a qədər davam edəcək.

Qeyd edək ki, Ə. Əsgərov ilk professional təhsilini Ə. Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində Barat Maratlı, Kamil Xanlarov və Lətif Feyzullayev kimi tanınmış rəssamlardan alıb. Daha sonra Sankt-Peterbur ... Davamını oxumaq
Прикрепления:
Категория: | Просмотров: 2625 | Добавил: Elvin | Дата: 05.05.2010 | Комментарии (0)

« 1 2 3 4 5 »
Facebook


MƏNDƏ VARAM


TIKLA


MUSIC

TƏQVİM
«  Aprel 2024  »
B.ertÇ.axşÇ.C.axşC.Ş.B.
1234567
891011121314
15161718192021
22232425262728
2930

Elvin Qemerlinskiy proyekti © 2024Бесплатный конструктор сайтов - uCoz